Yuxarı

Varisləri müğənninin evini satışa çıxardı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Varisləri müğənninin evini satışa çıxardı

Əfsanəvi yunan müğənnisi Demis Russosun evi satışa çıxarılıb.

Axar.az xəbər verir ki, müğənninin ölümündən qısa müddət keçməsinə baxmayaraq, onun Afinadakı dəbdəbəli evi artıq varisləri tərəfindən satışa çıxarılıb. Russosun övladları bu evə görə 2 milyon avrodan artıq pul qazanmağı düşünürlər.

Xarici görkəminə görə qədim fransız qəsrini xatırladan bu elit malikanə bütün ev əşyaları ilə birgə satılır. Binada bilyard otağı, çoxsaylı klassik üslublu mebellər, rəsmlər və bir çox başqa qiymətli əşyalar var.

Müğənninin ailəsi üçün aldığı malikanə Yunanıstanın paytaxtı Afina şəhərinin Ano Vula rayonunda yerləşir. Demis Russosun həyat yoldaşı və övladları vaxtlarının çox hissəsini məhz pəncərələri Saronik körfəzinin gözəl mənzərəsinə açılan və ümumi sahəsi 400 kvadratmetr olan bu malikanədə keçirib.

Tarix
2015.02.14 / 14:19
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla