Yuxarı

Azərbaycanın tanınmış rəssamı vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın tanınmış rəssamı vəfat etdi

Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Davud Kazımov fevralın 14-də, ömrünün 89-cu ilində vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildiriblər ki, Davud Kazımov sərbəst yaradıcılıq fəaliyyətinə İkinci Dünya müharibəsindən sonrakı dövrdə başlayıb. Bu vaxt bir çox rəssamların, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu. Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən qayğıkeşlik bacarıqla əks olunub. Bu əsərlər səmimiliyi ilə yanaşı, əhval-ruhiyyənin təzəliyi, hisslərin təmizliyi ilə də yadda qalıb. Davud Kazımov öz dövrünün insanlarını, onların əhval ruhiyyəsini, psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifidir. Bu əsərlər rəssamın portret ustası kimi dəqiqliyini, dərin müşahidə qabiliyyətini, obrazların konkret xüsusiyyətlərini çatdırmaq istedadını əks etdirir. O, mənzərə janrı ilə yanaşı, həm də natürmort janrının əsl ustası kimi tanınıb.

Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, eləcə də Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Davud Kazımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və kollektivi müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Davud Kazımovun vəfatı ilə əlaqədar başsağlığı verirlər.

Tarix
2015.02.15 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla