Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2020


SSRİ 20 Yanvar qırğınını buna görə törətdi - Alim

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında” Sərəncamına uyğun olaraq, AMEA-nın Tarix İnstitutunda “İstiqlal şəhidləri” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə Kult.az-a Tarix İnstitutundan məlumat verilib.

Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi olduğunu bildirib. O deyib ki, 1990-cı ilin yanvarında Sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törədib. Direktorun sözlərinə görə, Moskva bu cür cəza tədbirləri ilə SSRİ-nin dağılmasının qarşısını almaq istəsə də, bu, heç bir nəticə vermədi və bir il sonra Sovet İmperiyası dağıldı.

Yaqub Mahmudov 20 Yanvar faciəsinin öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqləndiyini söyləyib:

“Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirib və 20 Yanvar faciəsinin mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib”.

Konfransda tarixçi alimlər Elçin Əhmədov, Mais Əmrahov, Cəbi Bəhramov, Güntəkin Nəcəfli, Rəsul Hüseynli, Dilavər Əzimli, Pərviz Qasımov və Qələndər Muxtarlının 20 Yanvar faciəsi ilə əlaqədar məruzələri dinlənilib.

Məruzələrdə 1980-ci illərin sonunda Y.Mahmudovun Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı olduğu dövrdə fakültənin Milli Azadlıq Hərəkatının mərkəzlərindən biri olmasından da bəhs edilib.

Sonda fotoqraflar Qurban Dostəlizadə, İsmayıl Eyyubov və Musa Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı foto-materialları ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunub.

Tarix
2020.01.17 / 17:55
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kənd əhalisi bir anda dəli oldu – ABŞ kimyəvi sınağı?..

Çin möhtəşəm türk tarixini gizlədir: Bu sirr açılsa... - Video

Niyə bu məqamda ermənilərlə həmrəy oldunuz?!

Ermənilərin səsi Bakıdan eşidilir: Nazirlik hərəkətə keçdi

Erməni alimdən Azərbaycan dili ilə bağlı şok - Video

Paytaxtda ana dilinə həsr olunmuş tədbir keçirildi – Foto

Koronavirus dilimizin orfoqrafiya lüğətinə salındı

"Qladiator" və "Troya"nın aktyoru öldü

Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi

Xalq şairinin adına Poeziya Evi üçün torpaq sahəsi ayrıldı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla