Yuxarı

İki milyard tirajlı yazar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki milyard tirajlı yazar

Məşhur yazıçılar arasında liderlik 78 əsəri 44 dilə tərcümə edilən Aqata Kristiyə məxsusdur. Yazıçının əsərlərinin bütün tirajı isə 2 milyarddan çoxdur.

Ən çox yayılmış kitablar sırasında liderliyi "Bibliya" edir. Yalnız 1815-1999-cu illər ərzində 4 milyarda yaxın nüsxəsi satılıb. İkinci fəxri yeri ilk dəfə 1955-ci ildə işıq üzü görən, 2000-ci ilədək ümumi satışı 86 milyon nüsxədən çox olan "Ginnesin rekordlar kitabı" tutur.

Romanların satış statistikasında isə ilk üçlüyə aşağıdakılar daxildir: birinci yeri - Jaklin Süzannın "Gəlinciklər vadisi", ikinci yeri – Marqaret Mitçellin "Küləklə sovrulanlar", üçüncü yeri isə Harper Linin "Masqaraçını öldürmək".

Ən çox nəşr olunan əsərlərinin sayına görə Joze Karlos Pyüki de Alpoim İnueni lider adlandırmaq olar. 1986-1996-cı illər arasında onun qələmindən 1046 elmi-fantastik triller, vestern və roman çıxıb.

Amerikalı bacılar – Elizabet və Sara Deleni ən qoca yazıçılar sayılır. Onlar 1944-cü ildə 103 və 105 yaşlarında "Deleni bacılarının gündəlik müdrikliyi kitabı"nı yazıblar.

Ən uzun tərcümeyi-hal məşhur siyasi xadim Uinston Çörçillə məxsusdur. Onun bioqrafiyası 22 cildlik kitaba sığıb.

Tarix
2015.02.16 / 00:48
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla