Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Fevral 2020


ADU-da şəhidlərimizin anım mərasimi keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin İtalyan mərkəzində Neapol-Bakı Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə italyan dilində təhsil alan tələbələr, AR Diaspora İş üzrə Dövlət komitəsinin nümayəndəsi Elvin Əsgərov, italiyidan fəxri qonaqlar, Universitet rektorunun müşaviri Anar Osmanlı və Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov iştirak ediblər. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Nərgiz Cəfərova açıb. Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov 20 yanvar hadisələrinin Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkə prezidentinin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı sərəncamını da diqqətə çatdıran vitse-prezident bu sərəncamla üzərlərində böyük məsuliyyət hiss etdiklərini və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Diaspora Komitəsinin dəstəyilə Aranfilm yaradıcılıq mərkəzində italyan dilinə dublyaj olunan və 20 yanvar faciəsinə həsr olunan “30 İlin Yaddaşı” sənədli filmini hazırladıqlarını bildirib.

Elnur Camalxanov bu istiqamətdə indiyədək italyan dilində bir neçə sənədli film hazırladıqlarını və İtaliyada da nümayiş etdirdiklərini diqqətə çatdırıb. Belə ki, Ulu Öndərin həyat yaradılığından bəhs edən “Xilaskar Ömrü” , Böyük Vətən müharibəsi illərində Azərbaycan partizanlarının İtaliya müqavimət hərəkatında fədakarlığına həsr olunan “Qafqazdan Appeninə” və s.filmləri Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edib. Sonra 20 yanvar faciəsinə həsr edilmiş “30 ilin yaddaşı” sənədli filminə ilk baxış olub. Film hər kəsdə acı təəssüratlar doğurub. Rektorun müşaviri Anar Osmanlı da bu faciənin acı təsirlərindən danışıb.

Sonda Elnur Camalxanov filmin Yanvar ayının 21-də Neapol şəhərində də ictimai və elmi akademik dairələrin, həmçinin diplomatik korpusun nümayəndələrinin iştirakıyla baş tutacaq anım tədbirində nümayiş olunacağını bildirdi.

Tarix
2020.01.18 / 23:22
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya korona hücumu: maskalar yırtıldı...

Gənc sədr Rafiq Həşimova yüksək vəzifə verdi

Bakıda şagirdlərdən himn zamanı maraqlı addım - Video

Əli bəy kimdir: mason, şeyx nəvəsi, yoxsa?.. - Faktlar

Əməkdar artistə Mehriban Əliyevadan böyük dəstək

AzTV-dən Xocalı soyqırımı ilə bağlı yeni videoçarx

Məşhur müğənni qazdan boğuldu

Çin möhtəşəm türk tarixini gizlədir: Bu sirr açılsa... - Video

Ermənilərin səsi Bakıdan eşidilir: Nazirlik hərəkətə keçdi

Erməni alimdən Azərbaycan dili ilə bağlı şok - Video

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla