Yuxarı

Orxan Pamuk: “Bunun dadı başqadır...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orxan Pamuk: “Bunun dadı başqadır...”

Hər il sənətin müxtəlif növləri, bu il isə roman üzrə verilən Aydın Doğan Mükafatının sahibi Orxan Pamuk olub.

Axar.az xəbər verir ki, roman Nobelli yazara "əsərləri ilə türk ədəbiyyatına romanın müxtəlif növlərini gətirdiyi və bu müxtəlif növlərlə onun arxası ilə gedən gənc romançılara yeni üfüqlər açdığı; şərq və qərb qütblərini ustalıqla bir araya gətirdiyi; türk romanını dünyada təmsil edən ustalarımız arasında yer aldığına görə" verilib.

Pamuk Türkiyədə uzun müddətdir heç bir mükafat almadığını deyərək belə açıqlama verib: "Roman sənətini yaxşı bilən, ədəbiyyatı sevənlərdən ibarət münsiflər heyəti vardı. Münsiflərə çox təşəkkür edirəm. Təbii ki, çox xoşbəxtəm, çünki insanın öz ölkəsində mükafat almasının dadı başqadır..."

Qeyd edək ki, Aydın Doğan Mükafatı keçən il fotoqrafiya üzrə Ozan Sağdıça verilib. Romana görə mükafatın ilk sahibi isə 1997-ci ildə Ədalət Ağaoğlu olub.

Tarix
2015.02.17 / 23:58
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla