Yuxarı

"Sabina" mağazalar şəbəkəsi bu şirkətə satıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabina" mağazalar şəbəkəsi satılıb. "Sabina" mağazaları "İdeal" Parfumery and Cosmetics tərəfindən alınıb.

Axar.az Banker.az-a istinadən xəbər verir ki, sövdələşmənin qiyməti hələlik məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da bəllidir. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.

Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.

Ümumilikdə "Sabina" mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə "İdeal" brendindən daha əvvəl fəaliyyətə başlamışdı. "İdeal" mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.

Əldə edilən məlumata görə, hazırda "İdeal" mağazalar şəbəkəsi hüquqi cəhətdən "ADORE KOMPANİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.

"ADORE KOMPANİ"nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.

Tarix
2020.01.27 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla