Yuxarı

Tanınmış şairə nəsrə nəhslə başladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazar Sevinc Çılğının "Yumurta" adlı ilk hekayələr kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin 13 hekayəsi daxil edilib.

Müəllif kitabını oxuculara belə təqdim edir: "YUMURTA" – nəsr yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır.
Bu YUMURTAdan İNSAN doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır…"

Kitab fərqli və maraqlı konsepsiya üzərində qurulub, "Cift" və "Döl" adlı iki hissədən ibarətdir. Bu bölmələrə isə uyğun olaraq yazarın ilkin və sonrakı hekayələri toplanıb.

Kitabdakı hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa da, qəhrəmanları əsasən qadınlardır.

Qeyd edək ki, Sevinc Çılğın əsasən şair kimi tanınsa da, məhz hekayələrinə görə, "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərindən biri seçilib.

"Yumurta" müəllifin sayca ikinci kitabıdır. "Alaçarpa" adlı ilk kitabında yazarın şeirləri toplanmışdı.

Yaxın günlərdə kitaba geniş təqdimetmə mərasimi keçiriləcək. Bu barədə oxuculara əlavə məlumat veriləcək.

Tarix
2015.02.18 / 17:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla