Yuxarı

Öldürülən 16 yaşlı gəlinin ailəsinin qurduğu səhnəcik...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda iki həftə əvvəl toyu olan 2003-cü təvəllüdlü Fatimə Qəmbərova 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürülüb.

Bu cümlədə dəhşəti görürsünüz? 2003 və 2001... Bəli, artıq cinayət 2000-ci illərə də gəlib çıxıb. Bizim əzizlədiyimiz, neçə yaşı olmasına baxmayaraq, hələ də uşaq kimi gördüyümüz 2000-lərə də qan sıçradı.

O 2000-lər ki, yaşları hələ 20-yə çatmayıb. Bu, artıq həyəcan təbilidir.

Bu uşaqların məktəbdə bir-biriləri ilə zarafat edən, küsən yaşlarıdır. Ancaq nəticə nə oldu? Biri torpağın altına getdi, biri zindana.

Məsələ təkcə yaş deyil, həm də fiziki göstəricilərdir. Toy videosuna baxanda adamda iki uşağın bəy-gəlin paltarı geyinib, maraqlı səhnəcik qurması haqda təəssürat yaranır. Doğrudur, ortada bir səhnəcik var – bu uşaqların valideynlərinin qurduğu qanlı səhnəcik.

Axı 21-ci əsrdə yaşayan bir insan hansı ağılla 16 yaşlı uşağı ərə verir? Niyə övladlarından beziblər bunlar? Allahın heyvanı belə öz balasına bu qədər laqeyd olmur.

Maraqlıdır, 19 yaşında evləndirilən İman Məmmədov ali təhsil alırmı? Ali təhsil alırsa, imkan verin görək hələ bu uşaq universitet imtahanını verə biləcəkmi? Məktəb imtahanı verə bilməyən bir uşağın üstünə niyə həyat imtahanını yükləyirsiniz?

Yaxud da təhsil almırsa, niyə hərbi xidmətə getməyib?

Özlərini idarə edə bilməyən iki yeniyetmənin çiyninə belə ağır yük qoymaq hansı əxlaqa, mənəviyyata sığır?

Təsadüfən toy videosuna baxdım: onlar heç tort yemə mərasimini belə düz-əməlli yerinə yetirə bilmədilər.

Ən dəhşətlisi də budur: cəmi 20 gün əvvəl Azərbaycanı silkələyən Nərmin olayı yaşanıb. Yəni Fatimə balanın valideynləri bu dəhşətdən də dərs götürməyiblər.

Belə olanda halda valideynlər məsuliyyətə cəlb edilməli, sərt şəkildə cəzalandırılmalıdır. Bu ibtidai təfəkkürlü insanları başqa cür ağıllandırmaq olmaz. Belələrini ancaq “kötək”lə “maarifləndirmək” mümkündür. Gözünün qarşısında yaşanmış Nərmin dəhşətindən dərs götürməyən valideynləri heç bir maarifləndirmə ilə ağıllandırmaq olmaz.

Uşaq evliliyinə rəvac vermək gizli pedofiliyadır. Məncə, bununla bağlı qanunvericiliyə maddə əlavə olunmalı və övladlarını erkən yaşda evləndirən valideynlər belə utancverici maddə ilə - pedofiliyaya zəmin yaratmaq ittihamı ilə cəzalandırılmalıdırlar.

Təəssüf ki, ağ məktəbli paltarı ilə dərsə gedən övladına ağ gəlinlik geyindirməyə davam edən valideynlər onları kəfəndə görməyə məhkum olacaqlar.

Tarix
2020.01.30 / 22:52
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla