Yuxarı

Bu romanın mütaliəsi rekord qırdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu romanın mütaliəsi rekord qırdı

"Anna Karenina" romanının onlayn mütaliəsi Ginnesin rekordlar kitabına düşüb.

Axar.az xəbər verir ki, Quql (Google) şirkəti və Lev Tolstoyun "Yasnaya Polyana" malikanə-muzeyinin birgə layihəsi – "Anna Karenina" romanının onlayn-mütaliəsi – "İnternetdə oxucu marafonunun ən böyük auditoriyası" kateqoriyasında Ginnesin rekordlar kitabına daxil olub. Mütaliədə 106-dan çox ölkə iştirak edib.

Quql həmçinin "Anna Karenina"nın internet-versiyasını da hazırlayıb. "Karenina. Canlı nəşr" oxucu marafonunun materialları əsasında mətn, video, audio, sorğu informasiyasını birləşdirən və müvafiq naviqasiya sistemi ilə təchiz edilən sayt yaradılıb.

Saytdakı axtarış sistemi soyadı ilə konkret iştirakçını tapmağa, romanı arzulanan hissədən oxumağa imkan verir.

Onlayn-mütaliədə 30 saat ərzində "Anna Karenina" romanını oxuyub bitirən 700-dən çox adam iştirak edib. Oxucu marafonu Moskva, Tula, Paris, Los-Anceles və digər şəhərlərin meydanlarında keçirilib və Yutubda bir internet-yayımda birləşdirilib.

"Anna Karenina"nı onlayın oxuyanlar sırasında adi internet istifadəçiləri ilə yanaşı bir çox siyasilər, o cümlədən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da var.

Tarix
2015.02.19 / 02:00
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla