Yuxarı

Etibar Əliyev Mehman Hüseynovu belə ələ saldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 saylı Suraxanı seçki dairəsində deputatlıq uğrunda mübarizə aparan namizədlər arasında çox maraqlı mübarizə yaşandı. Bu mübarizənin pərdəarxasını, gizli məqamlarını deputatlığa namizəd olan bloger Mehman Hüseynov açıqladı.

Əvvəlcədən deyim ki, burada məsələyə Mühman Hüseynovun prizmasından, yəni onun danışdıqları əsasında yanaşıram. Yəni bütün nəticə onun danışıqlarına görə çıxarılır, qarşı tərəfin mövqeyi hələ yoxdur və bu kontekstdə bizə lazım da deyil.

M.Hüseynovun sözlərinə görə, sözügedən dairədə Fərəc Quliyev favorit hesab edilirdi. Ehtimal edilirdi ki, YAP öz resurslarından onun seçilməsinə dəstək verəcək. Bunu görən Mehman Hüseynov digər bir namizəd - Etibar Əliyevlə görüşərək, Fərəc Quliyevə qarşı ittifaq yaradıb.

Etibar Əliyev M.Hüseynova deyib ki, Fərəc bəydən sonra ən şanslı namizəd sənsən. Bu sözlərdən daha da həvəslənən Hüseynov bütün qüvvələrini Fərəc Quliyevə qarşı sərf edib və nəticədə YAP üzvlərinin ona dəstəyini kəsməyə nail olub.

Mehman Hüseynovun sözlərinə görə, fevralın 7-də E.Əliyevlə görüşüb. Görüşdə Əliyev ondan soruşub ki, indi əsas namizəd sənsən, işdir, mən seçilsəm, qələbəmi qəbul edəcəksənmi? Hüseynov “yox” cavabı verib.

Məlum olur ki, Mehman Fərəc Quliyevə qarşı mübarizə aparanda Etibar Əliyev öz təbliğatını davam etdirirdi. Çünki Mehman Hüseynovun Fərəc Quliyevə qarşı apardığı və gecə-gündüzünü zəbt edən mübarizədə Etibar Hüseynov bircə dəfə də görünməyib. Yəni məsələ budur: Mehman Hüseynov günlərlə Fərəc Quliyevə qarşı “döyüşüb”, onu sıradan çıxarıb... və bu məqamda öz təbliğatını aparan Etibar Əliyevin önünü açıb.

Burda artıq hər şey üzə çıxır: Etibar Əliyev çox böyük ustalıqla iki rəqibini üz-üzə qoydu və onları sıradan çıxardı.

Siyasət elə budur da!

Açığı, mən Etibar bəyin mövqeyini bilmirəm, onun nə dərəcədə uğurlu olacağı haqda bir fikrim yoxdur. Amma haqqını vermək lazımdır: Adam çox peşəkar siyasət yürüdüb, özündən güclü görünən rəqiblərini bir-birinə qarşı qoyaraq, hər ikisini sıradan çıxarıb.

Etibar Əliyevin daha bir uğuru bilirsinizmi nədir? Əgər Mehman Hüseynov Fərəc Quliyevlə görüşə gedəndə səs yazmaq üçün bütün vasitələrdən istifadə etdisə və buna nail oldusa, Etibar Əliyevlə görüşdə bunu etməyib və yaxud edə bilməyib. Hazırda Etibar Əliyevin onunla görüşdə nələr dediyini yalnız Mehman Hüseynovun dilindən eşidirik, onun sözlərini təsdiqləyəcək heç bir səsyazı, video-filan isə yoxdur.

Belə çıxır ki, Etibar Əliyev Mehman Hüseynovun etibarını da qazanıb, ona özünə qarşı fakt toplamağa imkan verməyib. Hətta Mehman Hüseynov seçki vaxtı da seçki pozuntusunu aktlaşdıra bilməyib: ya o faktlar yoxdur, ya da M.Hüseynov burada da Etibar Əliyevə inanıb və əvvəlcədən tədarük görməyib.

Etiraf edək ki, E.Əliyev bu siyasəti ilə həm də “müttəfiqini” əməlli-başlı dolayıb və ustalıqla qalib gəlib.

Mən bu təhsil ekspertinin belə mükəmməl siyasətçi olduğunu bilmirdim ))

Tarix
2020.02.12 / 17:01
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla