Yuxarı

Ədəbiyyat üzrə Nobelə 200 iddialı var

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ədəbiyyat üzrə Nobelə 200 iddialı var

2015-ci il üçün Ədəbiyyat üzrə Nobel mükafatına iddiaçıların siyahısında təxminən 200 yazıçı, şair və dramaturq yer alıb.

Axar.az xəbər verir ki, nüfuzlu mükafatı təqdim edən İsveç Akademiyasının məlumatına görə, ümumilikdə 259 təklif daxil olub, lakin bəzi yazarlar bir neçə dəfə təklif olunduqlarından ümumi say 198-ə enib.

Akademiya iddiaçıların tam siyahısından 20-25 nəfər seçəcək. Mayın sonunda onların sayı beşə enəcək, oktyabrda isə mükafatın sahibi elan olunacaq.

Akademiyanın daimi katibi Peter Enqlund onların adını car çəkməməyə səsləyib. Bu, Akademiyanın qaydalarına ziddir. "Bizim bu nominasiyanı ləğv etmək imkanımız var", - deyə o, xəbərdarlıq edib.

Ancaq artıq iddiaçılar arasında alman, rus və ukraynalı yazarların olduğu bəllidir.

Tarix
2015.02.23 / 00:57
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla