Yuxarı

Xalq artistinə mükafat verildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinə mükafat verildi

Azərbaycan Respublikasının Xalq Artisti Canəli Əkbərov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Axar.az xəbər verir ki, mükafat Prezident təqaüdçüsü, professor Canəli Əkbərova Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə verilib.

Xatırladaq ki, Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") obrazları yaradıb.

Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.

Görkəmli xanəndə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.

Tarix
2015.02.24 / 16:40
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla