Yuxarı

Markesin arxivi fantastik qiymətə satıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markesin arxivi fantastik qiymətə satıldı

ABŞ-ın Texas Unversiteti ədəbiyyat üzrə Nobel Mükafatı laureatı, kolumbiyalı məşhur yazıçı Qabriel Qarsia Markesin arxivini 2,2 milyon dollara alıb.

Report xəbər verir ki, bu haqda universitetin nəzdində fəaliyyət göstərən Harri Rensom adına Humanitar Elmlər üzrə Araşdırma Mərkəzinin təmsilçisi bildirib.

Məlumata görə, universitet arxivə ödədiyi pulun miqdarını bir müddət gizli saxlayıb.

Kolumbiya və Meksika hökumətlərinin təmsilçiləri Texas Univerisitetinin arxivi almasına kəskin etiraz edərək, anlaşılmazlıq olduğunu bildiriblər:

"Arxiv Markesin şikayət etmədiyi və tez-tez tənqid etdiyi ölkədə qalacaq".

Bununla belə, gəzən şaiyələrə əsasən, amerikalılar arxivi üçüncü əldən baha qiymətə alıblar.

Yazıçının Meksikada yaşayan qohumlarının sözlərinə görə, arxivin dəyəri Texas Universitetinin xeyrinə müəyyən edilib. Bunun isə başlıca səbəbi həmin ali təhsil müəssisəsinin ədəbi materialların saxlanılması üzrə dünyada nüfuz sahiblərindən olmasıdır.

Tarix
2015.02.26 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla