Yuxarı

“Oda” teatrı Bakını tərk edir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil "Oda" teatrı Biləsuvar rayonuna qastrol səfəri edəcək.

Bu barədə Axar.az-a teatrın təsisçisi və bədii rəhbəri Elmin Bədəlov məlumat verib.

Onun sözlərinə görə, teatr kollektivi 3 gün rayon əhalisi üçün tamaşa göstərəcək:

"28 fevral və 1 mart tarixlərində rayon insanlarına tamaşalar göstərməyi planlayırıq. Məqsədimiz regionda yaşayan insanlara teatrımız haqda məlumat vermək və onlara hazırladığımız tamaşaları göstərməkdir. İstəyirik ki, nəinki Bakıda, hətta regionlarda da "Oda" teatrını tanısınlar".

Teatr rəhbərinin sözlərinə görə, bu mövsümdə qastrol səfəri təkcə Biləsuvar rayonu ilə yekunlaşmayacaq:

"Bir neçə rayona səfər etmək istəyirik. Onlar arasında Şəki və Göyçay da olacaq. Bu rayonlarda yaşayan insanlardan da bizə təkliflər gəlib və onlar istəyirlər ki, həmin rayonlardakı insanlarla görüşək, onlar üçün də tamaşalar göstərək. Bölgələrdəki insanlar bizə müraciət edə bilərlər".

"Oda" teatrı Biləsuvarda narkomaniya əleyhinə olan tamaşalarla çıxış edəcək:

"Biləsuvarda "Bəyaz şedevr" tamaşası ilə çıxış edəcəyik. Tamaşa vasitəsilə narkomaniyanın yaydığı bəlalar göstəriləcək. Dövlət də bu problemin həlli üçün bir çox proqramlar həyata keçirib. Biz də istəyirik ki, rayon insanına, xüsusən də məktəblilərə bu problem haqda bilgi çatdıraq".

"Oda" teatrının tamaşaçılarına daha bir yeni xəbər də var. Belə ki, teatr qastroldan qayıtdıqdan sonra yeni tamaşanın premyerasını edəcək.

Tarix
2015.02.26 / 19:48
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla