Yuxarı

“Yol” İrandan əsas mükafatla döndü – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yol” İrandan əsas mükafatla döndü – Fotolar

Fehruz Şəmiyevin quruluş verdiyi "Yol" filmi İranda keçirilən IX "Ruyeş" Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb.

Axar.az-a açıqlama verən Fehruz Şəmiyev filmin festivalın "Müsəlman ölkələri" proqramında qalib olduğunu bildirib: "Bu proqram festivalın iki beynəlxalq proqramından biri idi. "Müsəlman ölkələri" və "Beynəlxalq" proqramında 10, üçüncü "Yerli" proqramda isə 20 film yarışırdı. Fransa, Almaniya, Belarusiya, Koreya və s. ölkələrin yer aldığı "Beynəlxalq" proqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu. Hər üç proqramda da yer alan filmlər humanistliyi, sülhü, əxlaqi, dini dəyərləri önə çəkirdi. Festivala həm beynəlxalq, həm də yerli kino xadimləri, eləcə də tamaşaçılar tərəfindən maraq çox idi. Orada Moskva və Tokio Film Festivallarının qalibi, Kann Festivalında tənqidçilərin xüsusi mükafatının sahibi Rza Mirkərimi, sonuncu "Kazan" festivalında mükafat alan Salam Salavati, eləcə də digər ölkələrin kino xadimləri ilə görüşümüz və birgə layihələr barədə müzakirələrimiz oldu".

Rejissorun sözlərinə görə, "Yol" filminin festivalda nümayişi fevral ayının 26-da Xocalı soyqırımının 23-cü ildönümünü qeyd etdiyimiz gündə baş tutub: "Bunu mükafatı alan zaman çıxışımda da söylədim, indi də deyirəm. Filmə verilən bu mükafatı Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən 613 həmvətənimiz, xüsusən də 106 qadın, 63 uşağın adına qəbul etdim".

Filmin süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burada ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır. Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.

Qeyd edək ki, "Doğulduğun yerdə ölməli..." sloqanı ilə təqdim edilən "Yol" Elçin Hüseynbəylinin "Gözlərimə gün düşür" hekayəsinin motivləri əsasında çəkilib. "Cinema" Mərkəzi və "Öz film"də istehsal olunan filmin çəkilişləri Bakı, Şamaxı, Ağsuda aparılıb. Ekran işi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsinin qalib layihələrindən biridir. Filmin ssenari müəllifləri Fehruz Şəmiyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.

Tarix
2015.03.02 / 13:20
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla