Yuxarı

Mübariz Məsimoğlunu şair həmkarı bıçaqlayıb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mübariz Məsimoğlunu şair həmkarı bıçaqlayıb

Şadlıq evinin qarşısında Mübariz Məsimoğlunu bıçaqlayan şəxsin özü də şair imiş.

Dünən axşam şadlıq evinin qarşısında bıçaqlanan şair Mübariz Məsimoğlu baş verən hadisə ilə bağlı "Kulis"ə danışıb.

Qarın boşluğu, bud və əl nahiyəsindən yaralar alan M.Məsimoğlu bildirib ki, onu vuran şəxs şair həmkarı, AYB üzvü Hürriyyət Məmmədzadədir:

"Konkret heç bir səbəb yoxdur. Sadəcə, onu bəzi yaramaz hərəkətlərinə görə öz stoluma buraxmırdım. Bu da öz aləmində qisas almaq istəyib. Törətdiyi əməli əvvəldən planlaşdırıb. Qəfil məni vurdu, müqavimət göstərib bıçağı əlindən aldım və buraxdım, ikinci dəfə ikinci bıçaqla hücum etdi. Amma bu yaralar elə də dərin deyil. Birinci vurduğu bıçaq qarın boşluğuma işləyib, ancaq heç bir orqana zərər dəyməyib. İndi palatadayam, özümü yaxşı hiss edirəm".

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb. 53 yaşlı Mübariz Məsimoğlu və əmisi oğlu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, şair beş bıçaq yarası alıb.

Hadisəni törədən H.Məmmədzadə hadisə yerindən qaça bilib və hazırda harda olduğu bilinmir.

Tarix
2015.03.06 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla