Yuxarı

“Bu şəhərdə”dən gözlənilməz: Prezidentin çağırışı...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” komandası Prezidentin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat ianə edib.

“Bu şəhərdə” teatrının konsertlərinin təxirə salınmasına və gəlirinin tamamilə olmamasına baxmayaraq bu addımı atması maraq və sayğı ilə qarşılanıb.

Bu barədə Kult.az-a açıqlama verən “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov bildirib ki, kollektiv bu böyük kampaniyadan kənarda qala bilməzdi:

“Koronavirusla Mübarizəyə Dəstək Fondu, Prezidentin də qeyd etdiyi kimi, xalqımızın həmrəylik kampaniyasına çevrilib. Dövlətimizin koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə dəstəyimizi ifadə etməyin bir yolu da bu kampaniyaya qoşulmağımızdır. İnanıram ki, bu təhlükəni ən yaxın müddətdə tarixə çevirəcəyik və evdə qaldığımız bu günlər “Bu şəhərdə”nin səhnəciklərində gülüşlə xatırlanacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu 19 mart 2020-ci ildə yaranıb. Prezident öz ehtiyat fondundan bura 20 milyon köçürüb və ardınca bir illik əmək haqqını Fonda ianə edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bir illik əmək haqqını Fonda bağışlayıb.

Hazırda Fondun vəsaitləri 106 milyon 214 min 726 manatdır. Fonda 5942 fiziki, 2156 hüquqi şəxs ianə edib.

Tarix
2020.04.02 / 19:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla