Yuxarı

Nazirlik koronavirusla bağlı müsabiqə elan etdi - Mükafat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

Kult.az Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yardıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

• Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

• Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

• Müsabiqəyə 25.000 (iyirmi beş min) işarədən artıq olmayan hekaylər qəbul olunur.

• Hekayənin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı hekayələr "Radio Antenn" 101 FM-də yayımlanan “Canlı kitab” verilişində səsləndiriləcəkdir.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2000 manat

İkinci yer – II dərəcəli diplom və 1500 manat

Üçüncü yer – III dərəcəli diplom və 1000 manat

2 həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaqdır.

12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırması təşkil olunacaqdır.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel: (051) 359 19 19 - (050) 563 05 65

İştirakçılar tərəfindən hekayələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: nrtis@mct.gov.az

Tarix
2020.04.06 / 19:33
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla