Yuxarı

Osman bu qıza görə mininci vertalyot qəzası keçirir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə sosial şəbəkələrdə müasir Azərbaycan mədəniyyətinin görkəmli xadimi, Azərbaycanın xalq artisti Afaq Bəşirqızını söylədiyi fikirlərə görə linç etdirməyə başlayırlar.

Bu həmin o Afaqdır ki, ötən il Prezidentlə görüşdəki çıxışına görə elə həmin sosial şəbəkələr, həmin sosial fərdlər onu qəhrəman etmişdilər. Çünki hədəfdə Afaq Bəşirqızını qəhrəman etmək deyildi, ondan istifadə edərək SSRİ xalq artisti Zeynəb Xanlarovanı gözdən salmaq idi. Afaq Bəşirqızını ittiham edən hansı yuvaya məxsus olduğunu bildiyimiz quş Osmanqızı və onunla bir budağa qonmuş hansısa Yunus rəhmətlik Bəşir Səfəroğlunu misal çəkir, guya elə atadan belə övlad gözləmədiklərini peşman-peşman vird edirdilər. Baxmayaraq ki, Sevincin atası Osman bu kiçik, türkün sözü, qızına görə o dünyada artıq vertolyot... qəzasını ikinci, üçüncü, üçyüzüncü və yüzmininci dəfə və hər dəfə keçirir...

Azərbaycanın, dövlətin, vətənin düşmənlərinin quş yuvası olan Osmanqızı kanalına çıxanların hər biri nəzərə almalıdır ki, öz karyerasını, milli təəssübkeşliyini zərbə altına qoyur. Çünki bu adam bu kanalı yalnız Azərbaycana qarşı işlətmək üçün açıb.

Buyurun. Elə aprelin 11-də Osmanqızı bayaq adını çəkdiyim personajla müsahibə edirdi. Tutaq ki, adam... Azərbaycan haqqında ağzına gələni danışdı, danışdı... Osmanqızı da başını dala-qabağa, dala qabağa, dala-qabağa apardı... və tutaq ki, adam birdən Amerika Birləşmiş Ştatları Prezidenti Tramp haqqında nəsə tənqidə bənzər kəlmə deməyə hazırlaşdı. Gəlin bu zavallı mənzərəyə baxaq...

(Qeyd: A.Yunus verilişdə Trampın iki ciddi səhvinin olduğunu bildirib, danışmaq istəyir. Osmanqızı dərhal onun sözünü kəsərək, “Gəlin, ABŞ-ı tənqiddən yox, Azərbaycandan danışaq” deyib dərhal mövzunu dəyişir və müsahibinə ABŞ Prezidentini tənqid etməyə imkan vermir)

Belə. Və bu tutaq ki, adam...lar. Afaq Bəşirqızına ağız atırlar. Yalnız öz fikrini bildirdiyinə görə. Yalnız ona görə ki, Afaq qaragüruhun düşünmədiyini, anlamadığını deyib. Və bu tutaq ki, adam...lar guya söz azadlığı mücahidləridir, insanların öz fikirlərini azad ifadə etmək uğrunda qatıq, süd, qaymaq aclığına çağırırlar... Bir adamın azad sözünə dözə bilməyən güruhbaşılar.

Keçmiş olsun, Afaq xanım. Onsuz da keçmişdilər. Onların gələcəyə dəxli yoxdur.

Tarix
2020.04.12 / 22:09
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla