Yuxarı

Prezidentə xəyanət: Çox pis hadisələr ola bilər...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vandalizm və vandallar haqqında, yəqin, az-çox eşitmisiniz. Maddi-mədəni dəyərləri, abidələri məhv edənlərə vandallar deyilir.

Bugünlərdə öyrəndim ki, vandallar Azərbaycana sızıb və artıq müəyyən qorxunc aktlar törətməyə başlayıblar. Bu aktlardan biri də dünya səviyyəli bəstəkarımız, mərhum Elza İbrahimovanın adına açılmış Yutub kanalının silinməsidir. Kanalı kim silib, niyə silib – burası mənə maraqlı deyil. Elza xanımın kanalında 800-dən çox video – bəstəkarın ifaları, ona bəstələnmiş bir-birindən gözəl mahnılar olub.

Bu kanalın silinməsi birbaşa Azərbaycana zərbədir. Çünki dünyanın dördbir yanında olan əcnəbilər bu ifaları dinləyib Azərbaycanı, onun mədəniyyətini tanıyırdılar.

Şəxsən mən Afinada olanda əcnəbilərə Elza xanımın musiqilərini dinlətmişdim, heyrətlənmişdilər.

Ölkə başçısı çıxışlarında Azərbaycan mədəniyyətinin, tarixinin beynəlxalq aləmdə təbliğinin önəmli olduğunu deyir. Demək, Elza xanımın kanalını sildirən bu “vandallar” təkcə mədəniyyətimizə yox, elə Prezidentin siyasətinə də zərbə vurublar.

Bu Yutub terrorçularının hücumu bununla kifayətlənməyə də bilər: bu gün Elza xanımın videolarını sildirənlər sabah Qarabağla bağlı həyati əhəmiyyətli kadrları da sildirə bilərlər. Mədəniyyətimizə düşmən olan kəslər tariximizə də düşməndirlər. Ona görə də aidiyyəti qurumlar hərəkətə keçib, bu şəxslərin qarşısını almalıdır. Əks halda çox pis hadisələr ola bilər.

Məsələn, ötən gün bir tanışım yazmışdı ki, əgər bu vandallar mənim Yutub kanalıma hücum etsələr və kanalım bağlansa, bu əməli edənləri dünyanın axırında olsalar da, tapıb öldürərəm.

Sizə zarafat gəlməsin. İki il öncə iranlı bir qadın ABŞ-da Yutubun baş ofisinə hücum edib 5 nəfəri güllələmişdi. Nə qədər ki, ABŞ-da eşidilən atəş səslərini Bakıda eşitməmişik, bununla bağlı təcili tədbilər görmək lazımdır.

Tarix
2020.05.05 / 22:18
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla