Yuxarı

Şaxta Baba kitab satacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şaxta Baba kitab satacaq

Şənbə günü saat 11:00-dan 18:00-a qədər Bakıda "Zero" Kitab Evinin açılışı olacaq.
Paytaxtın mərkəzində yerləşən yeni kitab mağazasında yerli və dünya yazarlarının yüzlərlə çeşiddə kitabları oxucuların ixtiyarına veriləcək.

İstiqlaliyyət küçəsi 71 (M.Ə.Sabir Bağı ilə üzbəüz) ünvanında yerləşən "Zero" Kitab Evi "Zero" Nəşriyyatının açdığı ilk kitab mağazasıdır. Nəşriyyatın və mağazanın sahibi Zahir Əzəmətin verdiyi məlumata görə, Kitab Evində təkcə özlərinin istehsal etdikləri kitablar deyil, digər nəşriyyatların da kitabları satılacaq: "Biz kitab mağazamızda alıcılara daha keyfiyyətli xidmət göstərəcəyimizə söz veririk. Yerli yazarların kitablarına daha isti münasibət göstərəcək, alıcıları, oxucuları daha doğğun informasiya və tövsiyyələrlə təmin edəcəyik. Mağazamızda hər həftə yeni kampaniyalar və görüşlər təşkil olunacaq. Buranı kitabsevərlərin, yazar və oxucuların sevimli ocağına çevirəcəyik".

Onu da əlavə edək ki, bazar günü isə saat 11:00-dan 18:00-a qədərbalacalar üçün Kitab Bayramı təşkil olunacaq. Valideynlər və uşaqlara nəfis tərtibatda dərc olunan yüzlərlə çeşiddə və sərfəli qiymətlərlə uşaq kitabları təqdim olunacaq. Saat 13:-00-dan 15:00-a qədər isə Kitab Evində kitabları Şaxta Baba satacaq və uşaqlara maraqlı əyləncələr təqdim olunacaq.

Tarix
2013.12.20 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla