Yuxarı

Zeynəb xanım danışdı və oxudu - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:45

Mənə də indi deyirlər ki, haqqımda belə xəbərlər yayılıb. Amma Zeynəb hələ ölməyəcək. Anam 100 yaşında rəhmətə gedib. Mən də uzunömürlülərdənəm.

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Zeynəb Xanlarova Nyus24.az-a açıqlamasında vəfat etməsi haqda yayılan xəbərlərlə bağlı deyib.

Xalq artisti özünü yaxşı hiss etdiyini bildirib:

“Mən hələ indiyə qədər həkimə getməmişəm. Bilin ki, məndə bircə xəstəlik belə yoxdur. Xalqım və Allahım məni həmişə yaşadacaq. Koronavirusa görə hamı evdə olduğu kimi, mən də evdəyəm. Mahnılarımla, ansamblımla məşğulam. Özümü əla hiss edirəm. Onu da deyim ki, mənim üçün pis adam yoxdur, çünki özüm yaxşıyam. Mən millətimi, xalqımı sevən adamam. Təəssüf ki, bəzən olmayan şeyi mənim adımdan yazırlar. Düz yazmayan adamları Allaha tapşırıram”.

Z.Xanlarova deputatlığa namizəd olmaması haqda da danışıb:

“Milli Məclisə özüm namizəd olmadım. Çünki sənətdən uzaq qalırdım. Həm də adımdan olmayan şeylər yazırdılar. Fikirləşdim ki, indiyə qədər özümü hörmətli saxlamışam, nəyə lazım, bu sözləri yazsınlar. Mən hamını sevirəm, amma məni sevməyən insanlar haqqımda söz çıxarır ki, xalqın gözündən düşüm. Zeynəb xalqın gözündən düşməz! Çünki mən xalqımı sevirəm”.

Ailəsi haqda da danışan xalq artisti bildirib ki, 6 nəvəsi var:

“Üçü oğlan, üçü qızdır. Bir nəvəmin adı Zeynəbdir”.

Qeyd edək ki, bu gün bəzi media qurumlarında xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi haqda yalan xəbər yayılmışdı.

Tarix
2020.05.19 / 18:40
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla