Yuxarı

Pulla fəxri ad alanlar... – Deputatlar danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkədə o qədər fəxri adlara layiq olmayan adamlar var ki! Dəfələrlə bu ada layiq olmayanların fəxri ad aldığının şahidi olmuşuq.

Bu sözləri Kult.az-a deputat, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas Mədəniyyət Nazirliyi tərəfindən fəxri adların pulla satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, fakt olmadığı üçün kimisə ittiham edə bilmir:

“Fəxri adı pulla alan da var, dostluqla, tanışlıqla, qohumluqla alan da. Ancaq kiminsə adını çəkə bilmərəm ki, bu şəxsə fəxri ad pulla verilib. Çünki faktım yoxdur. Ancaq bunu sizə əminliklə deyirəm ki, bu adları neqativ yollarla alanlar çoxdur”.

Deputat deyib ki, əslində “xalq artisti” adı hər adamın layiq görüləcəyi, hər adama veriləcək ad deyil:

“Ancaq biz şahidi oluruq ki, layiq olmayanlara da bu ad verilir. Hoppanıb-düməklə “xalq artisti” adı almaq olmaz ki? Xan Şuşinski də xalq artistidir, gündə efirdə hoppanıb-düşən hansısa müğənni də? Bilirsiz, bu gün layiq olmadığı halda fəxri ad alanların əsəriyyətini çağırırlar dövlət tədbirlərinə, o tədbirlərdə oxudularına görə də fəxri adlar verirlər. Ancaq Dədə Süleymana “xalq artisti” adı verilmir. Dədə Süyelman Azərbaycan musiqisində öz imzası, öz yeri, öz səsi olan biridir, ancaq əməkdar artistdir”.

A.Abbasın fikrincə, layiq olmadığı halda fəxri ad alanlardn bu mükafat geri alınmamalıdır:

“Qətiyyən alınmamalıdır. Hər hansısa yolla bu adama bu fəxri ad verilibsə, daha niyə geri alınsın ki? Gərək vaxtında verilməzdi. Verilən adı geri almaq ayıb olar”.

Mədəniyyət komitəsinin üzvü, millət vəkili Fazil Mustafa isə bildirib ki, fəxri adlar toy müğənnilərinə satılıb:

“Adamlara baxırsınız, toy müğənnisidir, amma fəxri ad verilir. O da bu adı alırsa və əsas sənətkarlar kənarda qalırsa, deməli, Mədəniyyət Nazirliyi tərəfindən onların təqdimatı verilən zaman bu əməllərə əl atılıb. Bununla bağlı cəmiyyətdə kifayət qədər faktlar da var. Əsl sənətkarların çoxu fəxri ad ala bilmədi. Burda təkcə pul deyil, kiminsə tanışı və ya yaxını olmaq da rol oynayıb. Bu da Azərbaycanda neqativ aura yaradıb. Mədənəyyət işçilərinin bu kimi dəyərləndirilməsi yanlışdır. Bunu ortadan qaldırmaq lazımdır".

Tarix
2020.05.22 / 23:21
Müəllif
Nigar, Nərmin
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla