Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
10 İyul 2020


“Səfəvi dövlətinin xarici siyasəti...” – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix üzrə elmlər doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında)” adlı kitabı çap olunub.

AMEA Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, kitabın elmi redaktoru görkəmli alim, akademik Yaqub Mahmudovdur.

Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin xarici siyasətinin Türkiyə tarixşünaslığında tədqiqi vəziyyəti öyrənilib. Əsərdə Səfəvi dövlətinin yaranması və möhkəmlənməsi prosesinin öyrənilməsində Türkiyə tarixçilərinin baxışı təhlil olunub.

Müəllif əsərində XVI-XVIII əsrin əvvəllərində Səfəvi və Osmanlı dövlətləri arasındakı siyasi əlaqələr, Səfəvilərin Məmlük dövləti, Şeybanilər, Türküstan xanlıqları, Böyük Moğol imperiyası, Böyük Moskva knyazlığı, gürcü knyazlıqları və Avropa ölkələri ilə qarşılıqlı əlaqələr tarixinin Türkiyə tarixşünaslığında tədqiqi vəziyyətini araşdırıb və dövrün mənbələrindən istifadə edərək təhlil edib.

Nəşrdə Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixinə dair zəngin faktik materiallar verilib.

Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan monoqrafiya tarixçilər, Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix
2020.06.26 / 01:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Vasif Talıbov 2 şagirdə xüsusi təqaüd verdi - Sərəncam

Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edildi

Koronadan xilas üçün bu ət lazımdır...

Bakıda koronadan daha dəhşətli virus...

TƏBİB koronaya yoluxmuş alimi nəzarətə götürdü

Nazarbayev Əkbər Qoşalını təltif etdi

Bakı ilə Ankara arasında birgə yayım olacaq

İlham Əliyev Əmir Pəhləvana ev bağışladı

Makuda Firdovsinin heykəli götürüldü - Video

Leyla Əliyeva təşəkkür etdi: Sizi sevirəm!

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla