Yuxarı

Hasarın o üzü Şamaxıya gedir – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Şamaxı rayonuna səfər edərək, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının kollektivi ilə görüşəcək.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yaradıcı heyət teatrın cari repertuarında olan günümüzün aktual problemlərini əks etdirən yazıçı-dramaturq Əli Əmirlinin "Hasarın o üzü" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə rayon ictimaiyyəti qarşısında çıxış edəcək.

Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimi olan tamaşada əsas obrazları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova və Səbinə Məmmədova ifa edəcəklər.

Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə həyata keçirilir.

Tarix
2015.04.09 / 01:45
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla