Yuxarı

Rusiya avtomobil bazarı çökür - Statistika

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya avtomobil bazarı çökür - Statistika

Rusiyada yaşanan iqtisadi böhran avtomobil bazarını uçuruma sürükləyir.

Axar.az xəbər verir ki, Avropa Müəssisələr Birliyinin (AEB) məlumatına görə, mart ayında avtomobil satışı ölkədə əvvəlki dövrlərə nisbətən 43 faiz geriləyib. Belə ki, ötən ay Rusiyada 139850 ədəd avtomobil satılıb. Halbuki, 2014-cü ilin eyni dövründə 243332 ədəd avtomobil satılmışdı.

Rublun devalvasiyası, idxal olunan ehtiyat hissələrinin qiymətinin qalxması satışa mənfi təsir edib.

"General Motors" Sank-Peterburqda olan fabrikini bağladıqdan sonra "Opel" və "Chevrolet" də şimal qonşumuzda istehsaldan imtina edib. "Volksvagen", "Peugeot" və "Citroen" isə işçilərin kütləvi ixtisarına hazırlaşır.

Rusiyanın ən böyük avtomobil istehsalçısı "AvtoVAZ-Renault-Nissan"ın mart ayında satışı 31 faiz, bazarda ikinci böyük satıcı olan "Volksvagen" 48 faiz, Rusiya bazarında 3-cü böyük paya sahib olan "Hyundai" isə 15 faiz itki ilə üzləşib. Bu göstərici "Toyota"da 27 faiz, "Kia"da isə 32 faizdir. "General Motors"un satışı 76 faiz, "Ford" 73 faiz, "PSA/Peugeot-Citroen"in satışı isə 79 faiz geriləyib.

Tarix
2015.04.09 / 16:21
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla