Yuxarı

Martin Rota “Bəhmənli” xalçası verildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İngiltərənin Viktoriya və Albert Muzeyinin direktoru Martin Rot Azərbaycan Xalça Muzeyində olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinə Qarabağın "Bəhmənli" xalçasının surətini hədiyyə edib.

Xalçanın əsli Azərbaycan Xalça Muzeyində saxlanılır və üzərində toxucunun adı və xalçanın toxunma tarixi – "Hicri 1346 Nargilə xanım" yazısı həkk olunub. "Bəhmənli" xalçalarının naxışları XV əsrdən etibarən Azərbaycanda toxunmağa başlayan məşhur "Əjdahalı" xalçalarının interpretasiyasıdır. "Əjdahalı" naxışları Azərbaycana Böyük İpək Yolu vasitəsilə gəlib və Azərbaycan xalça sənətinin inkişafında mühüm rol oynayıb.

Hədiyyə olunan xalça 2014-cü ildə Azərbaycan Xalça Muzeyində Lalə Əliyeva tərəfindən toxunub.

Xatırladaq ki, Martin Rot Bakıya Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən dəvət olunub. Aprelin 9-da direktoru Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qəbul etmişdi.

Tarix
2015.04.12 / 13:06
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla