Yuxarı

AYB-dən aldığım 25 mini arağa verməmişəm – Sorğu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildiyiniz kimi, AYB üzvlərinə verilən evlər satılaraq əldə olunan vəsait 36 yazıçı arasında bölüşdürülüb.

Axar.az olaraq verilən pullarla bağlı AYB üzvlərinə belə bir sualla müraciət etdik: "Sizə çatan məvacibi nəyə xərclədiniz?"

Qəşəm Nəcəfzadə bu pulla bəzi problemlərini həll etdiyini bildirdi:

"Məişət və səhhətimlə bağlı müəyyən problemlər var idi. Onları həll etdim. Heç gözə görünmədi, elə də ciddi bir iş görmədim. Amma yenə də sağ olsunlar. Mənə kömək oldu və müəyyən işlərimi yoluna qoydum. Amma deyim ki, ev aldım, torpaq aldım – belə şeylər olmadı. Ailəmdə olan məişət problemlərini aradan qaldırdım".

Əsəd Cahangir hələ də ev almaq niyyətindədir, ancaq:

"Ev almaq planım var, amma bu pul ev almaq üçün kifayət etmir. Bu səbəbdən də onun üstünə müəyyən məbləğdə pul toplayıb ürəyim istəyən kimi bir ev alacam. Ona görə də xərcləməmişəm".

Xanəmir Telmanoğlu yaranan imkanla borclardan yaxasını qurtardığını bildirdi:

"Açığını deyim, borclarımı verdim. Üç il bundan qabaq deyilmişdi ki, belə bir şey var. Biz də sevinmişdik. Borc götürmüşdüm. Sonra məlum oldu ki, hər mənzil dörd nəfər arasında bölüşdürüləcək. Evlər satılandan sonra verilən pul isə borclara getdi".

Ayxan Ayvaz işini bir az ehtiyatlı tutub:

"AYB-nin verdiyi pulu bacımın adından banka qoymuşuq. AYB-dən pul almaq asandı, amma bacımdan yox. Rəşad Məcid də narahat olmaya bilər. Çünki pulu arağa xərcləyə bilmirəm".

Xatırladaq ki, 2004-cü ildə "Abidə" firmasının tikdiyi 120 mənzildən ibarət binada 9 mənzil AYB üzvlərinə verilmişdi. Bundan sonra Yazıçılar Birliyi bu 9 mənzili (hər mənzil dörd yazıçı arasında olmaqla) 36 yazıçı arasında bölüşdürüb və hərəyə, təxminən, 25 min manat verilib.

Tarix
2015.04.16 / 08:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla