Yuxarı

“Mən yazıram, donbalaq aşıram - kimə nə?”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Feysbuk canavarları bu qadına hücum edir".

Bu sözləri Axar.az-ın "Elza xanımın şeirlərinə münasibətiniz necədir? Onun qəfildən belə yazmağa başlaması nədən doğa bilər?" sualını cavablandıranlardan biri – gənc yazıçı Qan Turalı deyib:

"Azərbaycan ədəbiyyatının Elza Seyidcahan adında problemi yoxdur. Şeir yazır, yaxşı edir, özü bilər. Sadəcə, Elzanın şeir yazdığına görə sözdə intellektuallar, Feysbuk canavarları bu qadına hücum edir. Axı niyə? Əvvəl özümüzə sual verək ki, sonuncu dəfə nə vaxt şeir kitabı almışıq?"

Şərif Ağayara görə, Elzanın yazmasında qəbahət yoxdur:

"Guya hamı şedevr yaradır, Elza da bayağıdır? İnsandı da. Yazır. Yazsın. İstəməyən oxumasın. Azərbaycan media mühitində və sosial şəbəkələrdə yazıb-pozanların 98 faizi Elzadan daha istedadsız və daha bayağıdır. Ona aşağılayıcı münasibət doğru deyil".

Sevinc Elsevər müğənninin nədən yazmasının bir özünə məlum olduğunu düşünür:

"Onun qəfildən belə yazmağa başlaması cümləsini elə dediniz, sanki onun qəfil havalanması nədən ola bilər, deyə soruşursunuz. Güldüm. Qəfil, ya beqafil yazır da indi. İnanır ki, şeir yaza bilir, yazır. Nədən yazdığını bir özü bilir, bir Allahı. Elza, ümumiyyətlə, maraqlı obrazdır. Hətta mən deyərdim ki, bu şou-biznes deyirlər ha, orda ən maraqlı adamlardan biridir. Bir də gördün heyvanlara konsert verdi, bir də gördün dodağına qapqara pomada yaxdı və s.. Şeir yazmağı da o qəbildən bir şeydir. Öz aramızdı, az müddətdə şeirləri yaman səs-küy saldı. Sizə deyim ki, son on ildə heç bir şair Elza kimi səs-küy salmamış, şeiri, ədəbiyyatı bu qədər gündəmə gətirə bilməmişdi. Ona uğurlar arzulayıram. Kitabı çıxsın, təqdimatına yığışaq. Ümid edirəm, orada müğənni həmkarları kimi qələm həmkarlarını da görmək istəyəcək".

Rəbiqə Nazimqızı bir az fərqli düşünür:

"Görünür, musiqidə özünü tam ifadə edə bilmir, özünü şeirdə sınamaq istəyir. Şeir yazmaq hamının ürəyindən gələn bir şeydir, heç kimə deyə bilməzsən ki, yazma. Sadəcə, qınaqlardan və tənqidlərdən nəticə çıxarsın. Adamı durduğu yerdə tənqid etməzlər. Qoy ürəyini boşaltsın, amma heç olmasa ictimailəşdirməsin".

Şəhriyar Del Geraniyə görə isə bəzi tanınmış yazarlar kimi Elzanı da silib atmaq olmaz:

"Pikassonun, Şaqalın XIX–XX əsrlərdə incəsənətdə təmsil etdikləri cərəyan var – primitivizm. Russo bu primitivizmin ən gözəl nümunələrindən biridir. Yəni hər bir yaradıcılığın adı var. Heç nəyi dışlamaq olmaz. Bu gün Sona xanım Vəliyeva, Günel xanım Mövlud, Seymur Baycan, Əli Əkbər, Qılman İman, Cığatel, Elza Seyidcahan – bu cür insanların imzaları və yazdığı şeirlər ədəbiyyatda primitivizmi təmsil edir. Bunların heç birini silib atmaq olmaz, mən bunun tərəfdarı deyiləm. Bunun hamısını saxlamaq və adını qoyub oxumaq lazımdır. Primitivlik nədir? Yəni, ibtidailik, həyatı olduğu kimi dərk etmək, hər şeydən arınmaq, ilkin düşüncə. Homo sapiens necə şeir yazardı? Ağac görürəm, sən yadıma düşürsən, yağış yağır sən yadımdan çıxırsan. Külək əsir, yenə yadıma düşürsən... Bu da şeirdi, bu, insanın hiss və duyğularıdır. Yaxşı baxıram və bunları da ədəbiyyatda saxlamaq lazımdır. Əlbəttə, ədəbiyyat tarixi daha vicdanlıdır. Zatən ədəbiyyat tarixi onların hamısını ayırd edəcək. Mən şəxsən normal baxıram və mənə xoşdur".

Müğənni Emma Ələkbərzadə də Elza xanımı hərtərəfli insan hesab edir və onun şeir yazmasına pis baxmır:

"Elzaya çox böyük hörmətim var! Həm çox yaxşı insandır, həm də istedadlı musiqiçidir. Hərtərəfli insandır. Şeir yazmağına yaxşı baxıram. Ruslar demişkən "na zdorovye".

Nüşabə Ələsgərli müğənnini oxuduğunu və bəyəndiyini bildirdi:

"Biz demokratik ölkədə yaşayırıq. Kim ona deyə bilər ki, yazmasın? Yaxşı edir yazır. Xoşu gələn oxuyacaq, xoşu gəlməyən oxumayacaq. Mən onunla İnstaqramda dostam, yazdıqlarını oxuyuram və bəyənirəm. Onun öz dünyası var, yazdıqlarının da öz mənası. O, elə-belə yazmır. Yazdıqlarında dərin sətiraltı, fikiraltı, şüuraltı sözlər var. Onları tutmaq lazımdır. Tuta bilməyənlər, bəyənməyənlər oxumasın, zorladı? Heç kimin heç nəyi tənqid etmək ixtiyarı yoxdur. Mən yazıram, donbalaq aşıram, tərsinə gedirəm kimə nə?"

Gövhər Həsənzadə gənc şairin şeirləri ilə elə də tanış olmadığını dedi:

"Sözün düzü, onun şeirlərindən çox danışırlar. Tələbə dostum olub, bilirsiniz. Musiqi baxımından mən bir çox fikirlər bildirmişəm, amma şeir baxımından yaxından tanış deyiləm. Amma bilirəm ki, çox müzakirə olunur. Hətta efirdən də bir-iki dəfə sevgi mövzusunda şeir oxumağını görmüşəm. Normal şeirlərdir. Bilirsiniz, mənim bir çox mahnılarımın şeirləri də özümündü, amma heç vaxt şairəlik iddiasında olmamışam, olmaram da. Çünki poeziya böyük bir xəzinədir. Elza xanım da şeir yaza bilər, yaradıcı insandır. Bircə onu bilirəm ki, Elza son vaxtlar tənqidi, satirik şeirlər yazır. Bilirsiniz, ümumiyyətlə, Elzanın yaradıcılığına tam fərqli yanaşmaq lazımdır. Adi yaradıcı insanın işi kimi yanaşanda bir az fərqli görünür. Amma tam Elzaya köklənəndə, Elza deyib baxanda bir az fərqli baxmaq lazımdır. Onda onun iç dünyasını görəcəyik".

Xalq artisti Əminə Yusifqızı müğənnidən öz şeirləri ilə yaxşı mahnı eşitmədiyini desə də, yazmağına normal baxdığını söylədi:

"Mən onun bir çox musiqisini və sözlərini sevirəm. Ramalın da ifa etdiyi mahnısı var - "Arxandayam kölgə kimi" - onu çox sevirəm. Yazmağı yaxşıdır. Çünki hər adama qismət olmur ki, şeiri də yazsın, sözü də. Amma Ramalın oxuduğu Elzanın öz sözləri deyil, Qənirə xanımın sözləridir. O, təzə-təzə başlayanda çox gözəl mahnıları var idi. Son zamanlar isə "Çiçəyim, çiçəyim"dən başqa heç nə dinləməmişəm. Axır vaxtlarda isə ondan öz şeiri ilə yaxşı mahnı eşitməmişəm. Amma yazan adam yazsın".

Xatırladaq ki, Elza Seyidcahan yazdığı şeirlərlə uzun müddətdir ki, gündəmdədir. Onun şeir yazmağa başlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri onu bu addımı atmaqda qınasa da, bəziləri normal qiymətləndirir.

Tarix
2015.04.18 / 10:17
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla