Birləşmiş Ərəb Əmirliklərindəki "MBC" kanalında verilişə
dəvət edilən Özcan Dəniz uşaqlığına səyahət edib.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər
verir ki, türk seriallarının ard-arda yayınlandığı Birləşmiş Ərəb
Əmirliklərinin MBC qrupunun 4-cü kanalında yayınlanan "Extra
Turki"proqramının bu həftəki bölümündə Özcan Dəniz qonaq olub.
İfaçı aparıcının suallarını cavablandırarkən bir anlıq uşaqlığına
səyahət edib.
Həyatı bütün məqamlarıyla yaşadım
Uşaqlığından etibarən məşəqqətli bir həyatı olduğunu deyən Dəniz
"Bu çətin həyat məni gələcəyimə çox yaxşı hazırladı. Xəyal
qırıqlıqları, ağrılı hadisələrlə qarşılaşdığımda müvazinətimi
itirməməyimin səbəblərindən biri çətin uşaqlıq həyatımın olmasıdır.
Çox erkən yaşda məsuliyyətlərlə qarşılaşdım. Bunlar filmlərimdə,
mahnılarımda əks olunur. Ona görə o çətinliklər mənim ən böyük
xəzinəmdir",- deyib.