Yuxarı

Türkiyədən “Qızıl alma” alan professor danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, türk dünyasında ilk layihədir ki, eyni zamanda beş dildə həyata keçirilib".

Bu sözləri Türk Dünyası Forumu tərəfindən "Qızıl Alma" mükafatına layiq görülən azərbaycanlı professor, Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Ramiz Əsgər Axar.az-a açıqlamasında deyib:

"Türk Dünyası Forumu tərəfindən təsis edilən Beynəlxalq "Qızıl Alma" mükafatı bu il ikinci dəfə verilir. Forumun özü 4 il əvvəl yaradılıb. Keçən il həmin mükafata Azərbaycandan Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri) və Şamaxı Astrofizika Rəsədxanası layiq görüldü. Builki siyahıda mənim də adım var. Müsabiqənin nə zaman keçirildiyi barədə məlumatım yox idi. Mənim elm nominasiyası üzrə seçildiyimi Türk Dünyası Forumunun baş katibi Dr. Almagül İsina məktub yazaraq xəbər verdi. Bu nominasiyaya eyni vaxtda 5 alim layiq görülüb. Mən, Prof. Dr. Temirxan Tebegenov (Qazaxıstan), Prof. Dr. Gülzura Cumakunova (Qırğızıstan), Dos. Dr. Zöhrəddin İsaməddinov (Özbəkistan) və Dos. Dr. Berdi Sarıyev (Türkmənistan) ünlü qırğız mütəfəkkiri Toktoqulun "Şeirə, nəğməyə çevrilən ömür" kitabını paralel şəkildə (eyni zamanda) Azərbaycan, qazax, türk, özbək və türkmən dillərinə çevirdiyimiz üçün bu mükafata layiq görülmüşük. Kitab ötən il Türk Dünyasının Mədəniyyət Paytaxtı Əskişəhər valiliyi tərəfindən ayrı-ayrı kitablar halında nəşr edildi.

Bu, türk dünyasında ilk layihədir ki, eyni zamanda beş dildə həyata keçirilib. Buna görə tərcüməçilər keçən il həm TÜRKSOY-un, həm də Qırğızıstanın "Toktoqul" medallarına layiq görüldülər. Sabah – aprelin 24-də İstanbulda bizə "Qızıl Alma" ödülü təqdim ediləcək".

Qeyd edək ki, Ramiz Əsgər bir çox mükafatlarla yanaşı, "Şöhrət" ordeninə və iki dəfə "Qızıl qələm" mükafatına da layiq görülüb.

Tarix
2015.04.23 / 11:55
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla