Yuxarı

85 yaşlı nənə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin 85 yaşlı sakini Laçın Bağırova zəhmətkeşliyi ilə seçilir. Ailəsini dərzilikdən qazandığı pulla dolandıran Laçın nənə, həm də Qarabağ müharibəsi veteranının anasıdır.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, Laçın nənə Qarabağın düşmən tapdağından azad olunması, Qələbə xəbərini eşitmək arzusu ilə yaşayır. Gözləri zəif görür. Amma çətinliklə olsa da, iynəyə sap keçirib köhnə işini davam etdirir.

Hələ 30 il əvvəl üçrəngli bayrağımızın kütləvi istehsal edilmədiyi, çətin tapıldığı bir dövrdə Laçın nənənin tikdiyi bayraq sərhəd kəndin ən hündür yerində dalğalanıb, düşmənə göz dağı olub.

Onun indi tək bir arzusu var. Tikdiyi bayraqların Şuşada, Xankəndidə dalğalanması. “Əsgərlərimizə baxıb sevinirəm. Hər dəfə televizorda onları görəndə dua edirəm. Evdəkilər deyir ki, axı onlar səni eşitmirlər?! Deyirəm ki, olsun.... ürəyimdən keçir, onlara dua edirəm, qələbə qazanıb, sağ-salamat evlərinə qayıtsınlar”, - deyə 85 yaşlı nənə bildirib.

Laçın Bağırova son illər tikiş maşınından istifadə etməyib. Çünki ölkəmizdə kütləvi bayraq istehsalı təşkil olunduğuna görə ona müraciət edən də olmayıb. Amma son günlər Azərbaycan Ordusunun qazandığı qələbələrdən həvəslənən nənə öz arzusu ilə bayraq tikməyə qərar verib. İstəyir ki, onun əl əməyi ilə ərsəyə gələn üçrəngli bayrağımız düşmən tapdağından azad edilmiş torpaqlarımızda, Şuşada dalğalansın!

İnşallah o günlərə az qalıb Laçın nənə. Uğrunda minlərlə can fəda olan, bu yaşında min bir əziyyətlə tikdiyin üçrəngli bayrağımız tezliklə Laçınımızda, Şuşamızda, Xankədimizdə dalğalanacaq!

Tarix
2020.10.09 / 11:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla