Yuxarı

Ermənilərə qarşı təbliğatda buna diqqət edin - Ekspert

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar bir çox Azərbaycan vətəndaşının sosial şəbəkə səhifələrinin silindiyini və hesablarının bağlandığını görürük. Bununla bağlı bizə çox sorğu daxil olur.

Kult.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas deyib.

O bildirib ki, Feysbuk hesablarının blok olunmaması üçün bir neçə qaydaya əməl etmək lazımdır:

- Müəllif hüquqları ermənilərə məxsus foto və video paylaşmaq olmaz. Ermənilər bu fürsətdən istifadə edib, müəllif hüquqları bəhanəsi ilə profilinizi bağladır.

- Siyasi məsələlərlə bağlı Feysbuk reklamları yerləşdirməyin. Feysbuk siyasi məsələlərlə bağlı postları reklama qəbul etmir. Buna görə də reklamlar təsdiqlənmir.

- Səhifələr hücum məqsədilə post paylaşanda bunu bildirmədən rəydə, yaxud qruplarda paylaşmalıdır. Davamlı hücum xarakterli çağırış, link və postlar səhifənin silinməsi ilə nəticələnə bilər.

- Eyni rəyi təkrar-təkrar yazmayın. Rəy yazarkən mətndə söyüş, həddən artıq aqressiya göstərməyin. Düşmənlər emosiallığımızdan istifadə edib, sözlərimizi Feysbuk qaydalarına zidd material kimi rəqdim edə bilər.

- Düşmən tərəfinin hərbçilərinin ölüm görüntülərini, videolarını paylaşmaqdan çəkinin. Paylaşanız da bunu rəsmi hesablarınızdan etməyin ki, kimsə şikayət edib, bağlatmasın.

Ekspert qeyd edib ki, səhifəyə hücum olunduğu zaman rəyə nöqtə və ya vergülün qoyulması xilas etmir:

“Nöqtə, yaxud vergüllər sizi xilas etməyəcək. Elə bir qayda yoxdur. Dediyim qaydalardan birini pozmusunuzsa, bir şikayət belə bəs edir ki, profilinizə məhdudiyyətlər qoyulsun. Əgər profilinizə məhdudiyyətlər qoyulubsa, kömək üçün kimisə axtarmayın, bildirişin olduğu halda altında “etiraz et” düyməsi varsa, ona daxil olub, öz adınızdan Feysbuk ilə əlaqə yaradaraq vəziyyəti izah edin”.

Tarix
2020.10.12 / 12:25
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla