Axar.az
Yuxarı

Türkün qələbə sirri: ermənilər çox yaxşı bilir ki...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində baş verən və o dövr üçün həddən artıq böyük sayılan müharibənin detalları haqda tam 20 ildən sonra – üstündən məxfilik qrifi qalxan kimi rəhmətlik Vəfa Quluzadə danışdı, ardınca Eldar Namazov... Həmin vaxt ölkənin rəhbərliyində təmsil olunan hər iki şəxsin faktları açması ilə bizim də “gözümüz açıldı” və Heydər Əliyevin hansı iradə ilə, hansı miqyasda apardığı hərbi-siyasi manevrlərlə neft müqavilələri imzaladığını aydın dərk etdik.

O detallar internet resurslarında var, hamı girib elə Axar.az-dan da oxuya bilər. Ordakı yalnız bir nüansı yada salmaq indiki məqamda çox vacibdir:

Bakı-Ceyhan xəttinə mane olmaq üçün Rusiya lideri Yeltsinin birbaşa canlı qüvvə və mütəxəssis dəstəyi ilə hücuma keçən ermənilərə qarşı Heydər Əliyevin çağırışı ilə onminlərlə könüllü dərhal döyüşə atılır və ermənilərə elə zərbələr vurulur ki, sonda rəsmi İrəvan atəşkəs üçün yalvarmağa başlayır. Baxmayaraq ki, həmin zaman Yeltsin savaşın davam etdirilməsini tələb edir, Ermənistan resurslarının tükəndiyini bildirərək, hücumlardan imtina edir.

Eldar Namazov bunun təfərrüatını danışıb...

Niyə indi yada salırıq?

Həmin ərəfədə Ermənistan rəhbərliyi də, ermənilərin cəbhədə əsgərlərimizlə üz-üzə gələn komandirləri də bizimkilərlə əlaqəyə girərək, “bu cür döyüşənlərin muzdlular olduğunu düşünürdük, siz bunları nə vaxt yetişdirdiniz” deyə heyrət içində soruşurdular.

Həmin dövrün komandirləri, şükür Allaha, sağ-salamatdırlar, onlardan soruşa bilərsiniz: ki ermənilərə divan tutan əsgərlərimiz haqda hər zaman “muzdlu” rəyi formalaşdırılmağa çalışılıb.

Çünki ermənilər çox yaxşı bilirlər, türk kimdir, onun tarixi missiyası nədir: türk tarix ərzində ona görə 18 imperiya, 150-dən artıq dövlət qura bilib ki, meydanda döyüşməyi bacarıb.

Erməni ideoloqları bu səbəbdən onillərlə azərbaycanlıların “döyüşə bilmədiyi” haqda öz xalqına nağıllar uydurub, onları döyüşə ruhlandırmağa, bizə qarşı savaşmaq üçün canında təpər olmasına çalışıb. Və qismən də buna nail olublar: 90-larda mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən ermənilər rus nizami ordusundan pul müqabilində Qarabağın işğalında aktiv şəkildə istifadə ediblər və ov tüfəngi belə əlindən alınan, ordusu formalaşmayan azərbaycanlılar üzərində müvəqqəti qələbələrindən ruhlanıblar. Ermənilərin canından türk mərdliyini, “türklə üz-üzə gəlmək olmaz” xofunu çıxarmaq üçün hər zaman bu təbliğatı aparıblar.

Ona görə də indi məğlub olduqca, Ordumuzun qabağından tülkü kimi qaçdıqca, işğal etdikləri ərazilərdə meyitləri qaldıqca “muzdlu” nağıllarını şişirtməyə başlayıblar.

Bu, ilk növbədə dünyaya yalan, böhtan üfürmələri, Azərbaycana qarşı antitəbliğatlarıdır - əlbəttə! Ancaq daha çox daxili auditoriyaya hesablanıb: Ermənistan rəhbərliyi ermənilərin reallığı olduğu kimi qəbul etməsindən qorxur; erməni ideoloqları erməni xalqının azərbaycanlı kimliyini olduğu kimi dərk edəcəyindən narahatdır. Çünki yaxşı bilirlər ki, ermənilərin gen yaddaşında türkün nəyə qadir olduğu haqda böyük bir stereotip var. Bu altşüurdakı yaddaşın oyanması ermənilərin İrəvandan da qaçması deməkdir.

Bundan narahatdırlar, bunun qarşısını almağa çalışırlar, bunun üçün “muzdlu” nağıllarını ortaya atıblar.

Ya axmaq təbliğatçılar, bütün Avropa mütəfəkkirləri deməyibmi ki, “Türklər Allahın ordusudur”!

Ya bütün dünya qəbul etməyibmi ki, “Allah hansı xalqı cəzalandırmaq istəyirsə, üzərlərinə türkləri göndərir”!

Siz döyüşdə ölməyi şərəf sayan bir millətin “qan görəndə bayılan” ermənilərlə döyüşə muzdlu iləmi gəldiyini düşünürsünüz?

Yataqda deyil, döyüşdə ölmək üçün yalvaran türk düşüncəsinin bir gün oyanacağını və sizin ağalarınızın dəstəyi ilə unutmağa çalışdığınız altşüurunuzdakı türk kimliyini oyadacağını gözləmirdinizmi?

Ordumuz vurduqca, sizin altşüurunuzdakı kimliyimiz şüurunuzda oyanmaqdadır – “muzdlu” rəvayətləriniz keçməyəcək. Ona görədir ki, Xankəndidən maşınların üstünə ağ bayraq taxıb qaçırsınız, Xankəndinin yaşayış binalarında “Evinizə xoş gəldiniz” yazırsınız; hətta sizin cəbhəyə göndərdiyiniz tibb bacısı da əsgərlərimizi görən kimi “evinizə xoş gəldiniz” deyir!

Bu, erməni xalqının təfəkküründə azərbaycanlı varlığının oyanmasıdır, sizin saxta təbliğatınızın iflasa uğramasıdır. Ha özünüzü “muzdlu” nağılları ilə təskinlik tapmağa çalışsanız da, xeyri yoxdur!

Solovyovun verilişində “Ermənistanda orduya getmək üçün sıraya düzülən” gənclərin Yasamalda çəkildiyini görüb, əslində döyüşə azərbaycanlıların can atdığını, sizin isə tülkü kimi gizləndiyinizi görüb yerə girmədinizmi? Solovyov hirsindən dodaqlarını gəmirəndə öz gününüzə ağlamadınızmı?

Bizi kökümüzdən və kimliyimizdən uzaqlaşdırıb, özünüzü bizim qarşımızda dayanmağa qadir şəxslər kimi göstərə bilməzsiniz!

Biz azərbaycanlıyıq, yurdumuza dönürük – “muzdlu” da özümüzük, döyüşən də, bu torpaq üçün ölən də!

Bir də: Türk qövmləri hər zaman döyüşkən olub. Yalnız bir şərtlə: başçısız döyüşə girməyiblər. Türk mifoloji təsəvvüründə də “Tanrının işarəsi olan başçı nə zaman gələrsə...” deyə oturub gözləmə ənənəsi var.

Atillanı da türklər belə gözləmişdi, Meteni də, Çingiz xanı da...

Bizim Başçımız gəlib artıq!

Tarix
2020.10.16 / 23:03
Müəllif
Kür Şad
Şərhlər
Digər xəbərlər

Türkiyəli müğənni konsert gəlirini Gəncəyə bağışlacayaq

Niaqara Azərbaycan bayrağının rənglərinə boyandı

Sami Yusifdən Müstəqillik günü ilə bağlı paylaşım

Məşhur ssenarist Azərbaycana belə dəstək oldu - Foto

İbrahimbəyov: Əliyev heyrət doğurun şəkildə... - Video

Türkiyənin məşhurları Gəncədən yazdı...

Ali Baş Komandana açıq-aşkar uduzan şərəfsiz çaqqallar...

İsraildəki yazarımız Qarabağdan danışdı: Şuşasız, Laçınsız...

Solovyov belə parodiya edildi - Video

Ordumuzun uçan tankları Qarabağ səmasında - Şok foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla