Yuxarı

105 il sonra Bakıya qaytarılan üzük...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünü dünənindən, sabahı bugünündən daha böyük Türkiyəm!

Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümüdür! Qazi Mustafa Kamal Paşa Atatürkü və silahdaşlarını sayğı, sevgi ilə anır, qardaş ölkəyə əbədi ucalıq arzulayıram!

Qardaş Türkiyə çox hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında, öz Cümhuriyyət tarixinin ən şanlı-şərəfli səhifələrindən birini yaşamaqdadır. Rəcəb Tayyib Ərdoğan bir dünya lideridir! Cümhuriyyət 97 yaşına dolarkən Türkiyənin yalnız aid olduğu bölgənin deyil, bütün dünyanın qayğıları ilə yaxından maraqlanan, həll yolları axtaran, o yolları tapan, qlobal təhlükəsizliyə dair siyasi-hərbi reseptlərlə çıxış edən bir nüfuzlu dövlət olduğunu görürük. Güclü Türkiyə yalnız 83 milyonluq əhalisinin deyil, türk dünyasının qüruru, müsəlman dünyasının örnək ölkəsi, tərəqqipərvər bəşəriyyətin öyrənməli, sevməli olduğu mükəmməl Cümhuriyyətdir!

Özəlliklə son bir neçə ay içində Türkiyə dövlətinin və xalqının qəlbi məhz Azərbaycanla, Qarabağımızla döyünür. Biz dünyada başqa elə bir ölkə təsəvvür etmirik ki, Cümhurbaşqanının, Məclis başqanının, Müdafiə nazirinin, Xarici işlər nazirinin, aparıcı partiyalarının, QHT-lərinin, KİV-in, sadə vətəndaşların gündəliyi Azərbaycan olsun, Azərbaycanın Böyük Vətən müharibəsi olsun! Bu, qardaşlığın, qonşuluğun, dostluğun Türkiyə fərqidir!

Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri həmişə özünəməxsus səciyyə daşıyıb. Dəmir sərhəd məhdudiyyətləri olduğu dövrdə ürəyimizdə, əsərlərimizin sətiraralarında gizlədiyimiz Türkiyə sevgisinin əzizliyi, böyüklüyü SSRİ-nin çöküşü ilə parlaq şəkildə üzə çıxdı.

Rəhmətlik xalq şairi Zəlimxan Yaqubun sərhədlər yeni açılan vaxtlar qələmə aldığı məşhur “Tapşırıq” şeirini xatırlayıram:

Türkiyәyә gedirsәn, uğurlar olsun sәnә,

Dumanlı suallara aydın bir cavab gәtir!

Biz nәyi düşünürük, bizi nә düşündürür,

Lap yerin deşiyindәn axtar onu, tap gәtir!

Hәlә çıxa bilmirik qanlı qadalı yasdan,

Balalarımız şәhid, dәrdimiz dildә dastan.

İstanbuldan, Bursadan, Ərzurumdan, Sivasdan,

Yaramızı tikmәyә iynә gәtir, sap gәtir!

Qondarma yazıların lәzzәt gәzmә dadında,

Ölmәz kitablar qalır nәsillәrin yadında.

Burdan bir kitab apar Azәrbaycan adında,

Ordan Türkiyә adlı ulu bir kitab gәtir!

Yunusu nә ucaldıb söz mülkünün taxtına,

Mövlana hardan doğub millәtimin baxtına.

Atilladan ayna tut Atatürkün vaxtına,

Qayalar sirr vermәsә, sinәsini çap gәtir!

Bu ürәk sәndә yoxsa, o meydana girmә sәn,

Ömrünü hәdәr verib, vaxtını itirmә sәn.

Türkün ürәyi boyda Türkiyә gәtirmәsәn,

Nә özünә zәhmәt ver, nә bizә әzab gәtir!

Bu möhtəşəm tapşırıq bu əziz Cümhuriyyət Günündə xatırlanmağı, oxunmağı, tərənnüm edilməyi haqq etmiş şeirlərdəndir. Çünki şeir özü bizim Türkiyəyə sevgimizin mahiyyətini poetik dillə çox sərrast ifadə edir. Türkiyə bizim üçün müqayisəedilməz, əvəzedilməz ölkədir – sevdamız, sevgimiz, ümidimiz, inamımız... Türkiyə ilə sıx bağlı olub. Ustadlar demiş, bu sevda ölüncədir! Bu sevda, sevgi seli ona görə bu səciyyədə, dərinlik və üfüq ötəsindədir ki, qarşılıqlıdır, təmənnasızdır! Bu dərinlik və üfüq ötəsini əcdadımız fədakarlığı ilə ötən yüzilliyin çox mürəkkəb dövründə bir daha möhürləyib, sübut edib. Bugün ən yeni nəsillər əcdadın yolu ilə gedərək, onların ruhunu şad edir! Çanaqqala savaşı, Bakının işğaldan azad edilməsi və başqa tarixi möhürləri deyirəm! Çanaqqala savaşlarına dəstək durmaqçün qulağından sırğasını, barmağından üzüyünü çıxarıb göndərən həmvətənlərimizin bu dərin duyğulu, qürurlu hərəkətlərini 105 il sonra Türkiyənin müxtəlif vilayətlərindən Azərbaycan ordusuna göndərilən zərif, həyəcanverici, həssas dəstəklərlə geri qayıtdığını – çiçəklədiyini, gül açdığını görürük. Tarix burada ən xoş anlamda, mənəvi axarda təkrar olunur. Ordumuza dəstək olmaq məqsədilə nişan üzüyünü göndərən Elbistanlı müəllim Uhud Polad, Van şəhərinin 12 yaşlı məktəblisi, özünə planşet almaqçün yığdığı bir miqdar pulu Azərbaycan Silahlı Qüvvələrinə bağışlayan İsranur ən yeni dövrün qəhrəmanlarına çevrildi.

Qazax qardaşlarımızın bir məşhur sözü var: “Şükran sözü qısa olar”. Mən də bu təşəkkür dolu təbrik yazımı qısa tutmaq istəyirəm.

Deyirəm ki, bayrağın uca olsun, əziz Türkiyə!

Əziz Türkiyəm, gələcəyin daha böyük olacaq! – bu, sarsılmaz inamımızdır.

Heç şübhə etmirəm ki, Türkiyə, İstanbul, Ankara – bizə əziz, doğma adlar Şuşada, Xankəndidə, Xocalıda... meydanlara, parklara, prospektlərə veriləcək və biz o ünvanlarda qürurla addımlayacağıq!

CÜMHURİYYƏT GÜNÜN QUTLU OLSUN!

Salam-sayğılarla,

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.10.29 / 14:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla