Axar.az
Yuxarı

Araikin Şuşa çağırışının rüsvayçı nəticəsi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər başlarını itiriblər – demək istəyirdim, yadıma düşdü ki, onlarda baş yoxdur. Bu adamlar hər gün verdikləri açıqlamalarla necə xəstə təfəkkürlü olduqlarını sübuta yetirirlər.

Demək, dünən qondarma rejimin terrorçubaşısı Araik Arutyunyan ermənilərə müraciətində deyib ki, bəs, Azərbaycan Ordusu Şuşaya çatmaq üzrədir, köməyə gəlin, Şuşanı qoruyun. Cəmi 3-4 saat sonra separatçı rejimin “mətbuat katibi” Vaqram Poqosyan açıqlama verdi ki, Şuşanın müdafiəsinə Ermənistandan dəstə-dəstə insan gəlir.

Fikir verin: adicə bu zaman məsələsinə diqqət çəkəndə onun necə yalan danışdığını görmək olar. Əvvəla, müraciətdən sonra insanların komissarlıqlara gəlməsi, onların siyahıya alınması, maşınlara yerləşdirilməsi, daha sonra hərbi hissələrdə hərbi geyim, silah-sursatla təmin edilməsi, o boyda yolu gəlməsi və s. – bunlar ən azı 1-2 gün vaxt alan şeylərdir. Yəni 3-4 saat ərzində dəstə-dəstə terrorçunun Şuşanın müdafiəsinə gəlməsi mümkün deyil.

Poqosyan da açıqlamasının sonunda elə buna işarə etdi: ki, bəs “bir az tez gəlin, ləngiməyin”. “Dəstə-dəstə gəliblərsə”, daha hara tez gəlsinlər?

Sadəcə, çıxılmaz duruma düşmüş Araik və onun “mətbuat katibəsi” belə gülünc bəyanatlarla qorxuya düşən ermənilərə ümid verməyə çalışır.

Amma məlum, ötən gün onların ümidlərini Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyan növbəti dəfə məhv etdi. O, müraciətində dedi ki, erməni xalqı boş ümidlərə qapılmasın, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilməz.

Düşmənin vəziyyəti gör nə qədər bərbaddır ki, artıq ən qanlı terrorçuları belə dil açıb imdad diləyir. Erməni separatçılarının ilk liderlərindən olan polkovnik Arkadi Karapetyan ermənilərə çətin vəziyyətdə olduqlarını, köməyə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirib. O da deyib ki, artıq döyüşlər Şuşa yaxınlığında gedir. “Deyəsən, İrəvandakıların xəbəri yoxdur, biz burda məhv oluruq” – Karapetyan videomüraciətində bildirib.

Bütün bunların baş verdiyi bir vaxtda erməni mediası sapan çöpündən yapışıb. Erməni mediası yazır ki, Ağdərədən İrəvana qaçqın kimi gələn bir ailənin 8-ci uşağı doğulub və bu...

Uğunmağa hazırlaşın...

...Və bu “qələbənin simvoludur”.

Sən canın, görün bunların başı çatır? Bunların axmaqlığının hədd-hüdudu var? Gör nə vəziyyətə düşüblər ki, bir uşağın doğuluşunu “qələbənin simvolu” kimi təbliğ etməyə cəhd edirlər.

Bu qədər düşük təbliğatı təsəvvür etmək belə çətindir!..

Əslində, qınamalı da deyil: ordu məhv olub, texnika sıradan çıxıb, əsgərlərin koordinasiyası pozulub, yemək, geyim təchizatı bərbad, əsgərlər artıq ölümə gəlməkdən imtina edir və hərbi komandanlığın ağılsız əmrlərinə qarşı çıxır, Nikol Paşinyanın könüllü dəstələr yaradılması çağırışına 8 gündür yerli administrasiyalar heç bir dəstə də yarada bilməyiblər...

Təbliğat üçün nə qalıb ki?!

Əlacları bir Anna Akopyanın 13 qadınla döyüşə girməsinə qalan ordudan nə yazsınlar axı!

Tarix
2020.10.30 / 12:23
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Kəlbəcər müharibə yolu ilə alınsaydı...

Tağıyevin heykəli martda qoyulmalı idi, ancaq... - Açıqlama

Babək Niftəliyev artıq Kəlbəcərdədir

AMEA-dan işdən qovduğu direktorla bağlı – Şok bəyanat

Ən yaxşı snayper... Şəhid Cavid

Gürcülər Kamal Abdulla üçün yubiley konfransı təşkil etdi

Ermənilərdən daha bir saxtakarlıq - Fotofakt

Nə Naqasakidir, nə Çernobıl, Qarabağdır - Video

Qazi oğlu olan Şəhid Çilingir...

Məmur oğlu müharibəyə getməməlidir!

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla