Müğənni Beyons yeni albomunu satmaqdan imtina edən
"Amazon" saytını və "Tarqet" mağazasını məhkəməyə
verib.
Beyons öz adını daşıyan 14 mahnıdan və 17 videodan ibarət olan
albomunu ilk olaraq "Tunes"də yayıb.
Albomunun nəşr olunmasından bir həftə keçmədən 800 min satış
rekordu qıran Beyons elektron ticarət nəhəngi "Amazon" və məşhur
market silsiləsi "Tarqet"i olduqca qıcıqlandırıb.
"Bilbord" jurnalının xəbərinə görə, "Amazon" və "Tarqet"
mağazaları albomunu ilk olaraq "Tunes"də yayan Beyonsa etiraz
edib.
İki şirkət də məşhur müğənninin CD albomunu satmaqdan imtina
edib. Həftə sonunda "Tarqet"in rəqibi "Val-Mart" mağazasını ziyarət
edərək albomunu alan pərəstişkarlarına 37 min dollar hədiyyə çeki
paylayan müğənni adı çəkilən qurumları məhkəməyə verib.