Yuxarı

Müharibənin ikinci fazası: “dron”larımız havadadır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan istefa verib.

Bu o Ovannisyandır ki, Ordumuzun bənzərsiz əks-hücum əməliyyatlarını özlərinin “taktiki olaraq geri çəkilmə”si kimi qələmə verirdi.

İndi Ovannisyan özü taktiki olaraq geri çəkilib. O, elmlə məşğul olacağını deyib. Təbii, Ovannisyan çox şey oxuyacaq, çox şey öyrənəcək, amma Ordumuzun verdiyi dərsi ömrü boyu unutmayacaq.

Ovannisyan həm də bizim içimizdəki bəzi beynisürüşkənlərə dərs vermiş oldu.

Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən Ovannisyan açıqladığı bütün məlumatların Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təqdim edilən hesabatlara əsaslandığını diqqətə çatdırıb.

Xatırlayırsınızsa, o, daim “düşmən ağır itkilər verib”, “onlara sürpriz hazırlamışıq”, “Gorbagor əməliyyatı”mız olacaq”, “Düşmən geri çəkilib”, nə bilim, “Azərbaycana məxsus uçan tankları, üzən təyyarələri, özüyeriyən gəmiləri vurmuşuq” kimi saxta informasiyalar yayırdı. Bizim bəzi sadəlövhlər də ona inanıb ruh düşkünlüyü yaşayırdı. Hətta hansısa rayonumuzu itirdiyimiz haqda informasiya yayanlar da olurdu.

Amma ötən gün nə baş verdi?

Ovannisyan çıxıb dedi ki, bəs, mənim cəbhədən xəbərim olmayıb, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı nə tapşırıbsa, onu demişəm.

Təbii, düşmən Baş Qərargahı da daxili narazılığı yatırmaq, saxta təbliğatla əsgərlərinin döyüşdən qaçmasının qarşısını almaq üçün bu yalanları uydururdu.

Bəs siz niyə inanırdınız?

25 illik müdafiə xəttindən, strateji yüksəkliklərdən “geri çəkilən” (əslində, Ordumuzun darmadağın etdiyi) düşmənin yaydığı informasiyaya necə etibar etmək olar? Görümürdünüzmü ki, çox məntiqsiz danışırlar?

Məsələ nədir...

Ovannisyan istefa verdi, amma Ermənistan Baş Qərargahı, XİN-i, “cini”, “şeytanı” yerindədir. Onlar yenə saxta informasiyalar yayaraq, bizim aramızda qarışıqlıq, fikir ayrılığı yaratmağa çalışacaqlar.

Məncə, artıq buna başlayıblar da. Cəmiyyətimizdə müəyyən məsələlərlə bağlı fikir ayrılıqları, mübahisələr var. Halbuki bu, yalnız və yalnız düşmənin maraqlarına xidmətə edən bir mənzərədir. Heç bir halda düşmənin təbliğat maşınının təsir dairəsinə düşmək olmaz.

Biz cəbhədə bir olduq və qalib gəldik. İndi isə danışıqlar masasında bir olmağın və qalib gəlməyin vaxtıdır. Əmin olun, cəbhədə olduğu kimi, danışıqlar masasının “üzərində” də “dron”larımız var.

Tarix
2020.11.13 / 15:15
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla