Yuxarı

İngiltərə Stalini tənqid edən əsəri qadağan etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bunları oxumaq qadağandır" layihəsində:

"Heyvanıstan"

Qadağadan canını qurtara bilməyən əsərlərdən biri də Corc Oruelin "Heyvanıstan" povestidir. Əsərə "siyasi həcv" də demək olar. XX əsrin məşhur imzası olan Oruel "1984" əsərindən əvvəl qələmə aldığı bu povesti ironik bir dillə "Bir pəri nağılı" da adlandırırdı. Müəllif kommunist rejiminə, Stalinə və bir yandan da öz ölkəsi olan İngiltərəyə iynənin ucunu batıraraq "Heyvanıstan" kimi şah əsər yaradıb. Buna görə də onun bu qara antiutopiyası bəzi ölkələri və adamları narahat etməyə başlamışdı.

Əsər 1943-cü ildə yazılıb, 1945-ci ildə nəşr olunsa da, onun məşhurlaşdığı tarix 5 il sonraya – 1950-ci illərə təsadüf edir. 1996-cı ildə "keçmiş tarixlər üçün" verilən "Retro Hyuc ("Retro Huge") mükafatı"nı "Heyvanıstan" 1946-cı il üçün aldı.

"Heyvanıstan" əsəri məcazi bir dillə yazılıb, alleqorik xarakter daşıyır. Əsər başdan-başa stalinizmin tənqididir. Totalitar rejimlərə qarşı solçu mövqedə duran Oruel povestində SSRİ-nin yaranmasından etibarən meydana gələn əhəmiyyətli hadisələri satirik bir dillə danışır.

"Bütün heyvanlar bərabərdirlər, lakin bəziləri digərlərindən daha çox bərabərdirlər".

"Heyvanıstan"da Corc Oruell 1936-cı ildə qarşıya qoyulmuş iki məsələyə diqqət yetirir – həm "sovet mifi"ni ifşa edir, həm də siyasi nəsri bədii sənət əsərinə çevirir.

Corc Oruelin əsərləri tənqidlərə və qadağalara qarşı dözümlü oldu. O yazıçı yaxşıdır ki, yazdıqları illər keçsə də, aktuallığını itirmir. Oruelin də əsərləri bu sıraya aiddir.

Hər insanın daxilində insani və heyvani keyfiyyətlər var. İnsan əksər vaxtlarda ikinciyə yönəlməyə meyilli olur. Bu, antiutopik əsərdə də yazıçı stalinizmin heyvani sifətlərini həcv edir.

"Heyvanıstan" əsəri çox səs-küyə səbəb olaraq tənqidlərə məruz qalıb. Stalinizmi tənqid etdiyinə görə İkinci Dünya Müharibəsi illərində müttəfiqlərini əsəbiləşdirmək istəməyən İngiltərə əsəri senzuraya məruz qoydu, daha dəqiq, nəşr etməməyi qərara aldı. Povestin hətta cizgi filmi çəkilərkən mövzusunun CİA tərəfindən dəyişdirildiyi də iddia edilir. 1999-cu ildə isə əsərin mövzusuna sadiq qalaraq filmi də çəkildi.

Rüşvətxor Afrika liderləri kitabdakı bəzi məqamları özlərinə aid etdiklərinə görə əsər 1991-ci ildə Keniyada da qadağan edildi.

Bir maraqlı məlumat da budur ki, "Heyvanıstan" əsəri Britaniyanın rok qrupu olan Pink Floydun "Animals" albomu üçün ilham qaynağı olub.

"Heyvanıstan" həm Stalini, həm də öz ölkəsini həcv etdiyi üçün heç cür senzuradan yaxasını qurtara bilmirdi. Kitab 1945-ci ildə İngiltərədə nəşr olunandan sonra da ortadan qaldırılmışdı.

Bütün bu qadağalara baxmayaraq, "Heyvanıstan" əsəri bu gün dünyanın bir çox ölkəsində müxtəlif dillərə tərcümə olunaraq oxunur. Əsər Azərbaycan dilində Vilayət Quliyevin tərcüməsində 2011-ci ildə "Qanun" nəşriyyatında çıxdı və 2013-cü ildə təkrar nəşr olundu.

Tarix
2015.05.07 / 22:52
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla