Yuxarı

Şuşanı alan xüsusi təyinatlılardan biri

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonu Yuxarı Öysüzlü kəndindən Şəhid Vüqar Seyid oğlu Əkbərov haqqında danışmaq istəyirəm sizlərə.

1990-cı il, avqustun 12-də doğulub Vüqar. Həqiqi hərbi xidmətə 2008-ci ilin oktyabr ayında gedib. 2010-cu ilin mart ayında həqiqi hərbi xidmətdən qayıdıb və bir də 2012-ci ildə - müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq Daxili Qoşunlarda fəaliyyətə başlayıb. Bərdə, Qəbələ və Sumqayıtda xidmətdə olub, qumbaraatan kimi də, xüsusi təyinatlı kimi də xidmətdə, təlimdə, məşqdə və yarışda fərqlənib.

Bəli, bütün şüurlu yaşamı boyu adını doğruldan vüqarlı Vüqar, Daxili Qoşunların (DQ) Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib. Azərbaycan Böyük Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə kəşfiyyat qrupunda fədakarlıqla iştirak edib.

Adı kimi ömür sürmüş Vüqar hələ Füzuli istiqamətində gedən döyüşlər zamanı başından yaralanıb; kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Baxmayaraq ki, xeyli müddət müalicə alması, zəruri tibbi prosedurlar keçməsi gərəkdi, lakin Vüqar öz israrlı istəyi ilə, müalicəsi tamam olmadan, təkrar döyüşlərə dönüb...

Vüqarın atası ilə son dialoqunu eşitdim, həm qürur duydum, həm kədər qarışıq düşüncələrə daldım. Ustad Mehmet Akif Ərsoyun “Bir hilal uğruna, ya Rəbb, nə Günəşlər batır” misrasını xatırladım.

Ata deyir:

- Oğul, yaralısan, tam sağal, sonra gedərsən...

- Ata, mən getməliyəm, uşaqlar hamısı döyüşdədi, burda qalammaram, yolumu kəsmə, qadan alaram...

Vətən üçün yarandım, Vətən üçün şəhid olsam, haqqını halal elə...

“Haqqını halal elə!” – Sanki daha öncələr bu qədər təfərinc olmamışdım halallıq istəyinə. Əsgərlərimizin, demək olar, hamısı haqqında eşidirik ki, ailəsindən, doğmalarından halallıq istəyirlər. Oysa, biz onlardan “Haqqınızı halal edin” istəyində bulunmalıyıq. Onların haqq-sayı unudulmazdır. Bizim haqqımız varsa, əsgərlərimizin min dəfə halalıdır, zatən. Deyirəm, qəhrəmanlıq, Vətənə xidmət amalı necə bir qüdsiyyətdir ki, özündə sadəliyi, borcluluq hissini, İlahi gözəlliyi bəsləyir…

Şəhidlik öncəsi keçidikləri hisslərindən igidlərimizin sanki bayram öncəsini yaşayırmış kimi bir ovqata, hiss-həyəcana sahib olduğunu görürük. Ustad Yəhya Kamal Bəyatlı necə deyirdi? – “…Akınlarda cocuqlar kimi şəndik!..”

Və döyüşlərin Şuşa mərhələsi! Şuşa uğrunda döyüşlərdə şəhid olmaq! Nə gözəl aiqbətdi, İlahi! İlahi, sən ən çox sevdiklərinə qismət elədin bu aqibəti. Onların sırasında bizim Vüqar da var.

Azərbaycan xüsusi təyinatlılarının Şuşanı azad etmə əmliyyatı hərb tarixinin qızıl səhifəsidir. Şuşanın azadlığını görənlərin özü, görməyənlərin ruhu şaddır! Vüqar kimi!

Öz qorxmazlığı, igidliyi ilə seçilən Vüqar noyabrın 7-də şəhadət şərbəti içib.

Kəndinin adı Yuxarı Öysüzlü olan Vüqarın adı neçə evdə çəkilir indi, neçə könül evində əbədi yeri var Vüqarın. İşğal altındakı ev-eşiklərimizi, kəndlərimizi, şəhərlərimizi azad etməkçün döyüşlərə atılan Yuxarı Öysüzlü balası, ən yuxarı ad olan Şəhid adını qazanıb, bütöv Azərbaycanın oğlu oldu.

“Ey, bu torpaqlar üçün torpağa düşmüş əsgər!

Göydən əcdad enərək öpsə o pak alnı dəyər”… (Mehmet Akif Ərsoy)

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Tarix
2020.11.25 / 07:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla