Yuxarı

Əjdər Həmidov niyə intihara cəhd etmişdi? – Faktlar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, xalq artisti Əjdər Həmidov ötən gün 67 yaşında vəfat edib.

Kult.az xatırladır ki, Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Aktyor müsahibələrinin birində uşaqlıqda rəssam olmaq istədiyini, lakin atasının arzusu ilə aktyorluq sənətinə yiyələndiyini bildirib.

Sumqayıt Musiqili Dram Teatrına təyinatı verilən zaman aktyor bir müddət imkanı olmadığı üçün qarajda yaşamaq məcburiyyətində qalıb.

Əjdər Həmidov 10 ilə yaxın müddətdə bir xanımı sevsə də, ona qovuşmadığını söyləyirdi. Bu səbəbdən də o, həmişə “Kişi sözü”ndəki Qasım obrazı ilə öz taleyini oxşar sayırdı.

Aktyor “Vəzir” (“Lənkəran xanının vəziri”, M.F.Axundov), “milis” (“Bəxt üzüyü”, V.Səmədoğlu), “Məlik” (“Adamın adamı”, Anar), “sərsəri” (“Bütün Şərq bilsin”, N.Həsənzadə), “Dursunəli” (“Dursunəli və “ballıbadı”, S.M.Qənizadə) və s. kimi obrazları ilə tamaşaçı rəğbəti qazanıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilən Həmidov Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Daşdəmir (“Bu dünyanın adamları”, Hidayət), Vanya Koxa (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Məşədi Oruc (“Ölülər”) kimi müxtəlif janrlı obrazlar yaradıb.

Əjdər Həmidov “Azərbaycanfilm”in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. “Kişi sözü”ndə Qasım, “Lətifə”də Əhməd, “Hacı Qara”da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirib. Əjdər Həmidov 2002-ci ildə əməkdar artist, 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan Televiziyası ilə nümayiş etdirilən “Yoxlama” adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib. Əjdər Həmidov “Yoxlama” filminin gərgin səhnələrinin birində stress keçirib və xəstələnib. Daha sonra isə rayonların birində iki il yaşayıb və hətta dediyinə görə, burada iki dəfə intihara cəhd edib.

Bir müddət əvvəl səhhəti yenidən pisləşən aktyor xəstəxanaya yerləşdirilib və 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.

Tarix
2020.11.25 / 14:18
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla