Yuxarı

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

44 günlük Vətən savaşı Ordumuzun parlaq qələbəsi ilə başa çatdı – bu cümləni bəlkə 100-cü dəfədir yazıram, amma yenə o sevinci, həyəcanı, qüruru hiss edirəm. Təbii, bütün bunların yanında bir ağrı, hüzn də var – Şəhidlərimiz!

Sözümü nəyə gətirirəm. Tez-tez bu fikirləri eşidirik: Şəhidlərimizə olan borcumuzu ödəyə bilmərik. Təbii, amma onların bu fədakarlıqlarının qarşısında çox böyük bir addım ata bilərik. Müharibə müddətində düşünürdüm ki, Şəhid, yaralı ailələrinə dəstək üçün bir fond yaradılsa, hər birimiz o fonda məvacibimizin bir hissəsini yatırsaq, həm qəhrəmanlarımızın ailəsi çətinlik çəkməz, həm də bu çətin postmüharibə, pandemiya dövründə dövlətə dəstək olarıq: məlum, müharibədə büdcədən bəlkə də milyardlarla pul xərclənib.

İndi Şəhidlərimizə minnətdarlığımızı göstərmək üçün tarixi şans yaranıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılması haqqında fərman imzalayıb.

Hər birimiz heç olmasa ayda 1 dəfə bu fonda müəyyən məbləğdə pul köçürsək, Qarabağı bizə qaytaran Şəhidlərimizin körpə balalarına, digər ailə üzvlərinə kömək etmiş olarıq.

Bilin ki, bizim hər ay bu fonda köçürəcəyimiz hər hansı məbləğ şəhid övladının qarnının daim tox, ayağının, canının isti olmasına, gələcəkdə yaxşı təhsil almasına səbəb olacaq. O baxıb deyəcək ki, düzdür, mən bu müharibədə atamı itirdim, amma 50 milyonluq Azərbaycan xalqı mənim atam, qardaşım, bacım, anam oldu. Əmin olun, bunu düşünəcək. Şəhid ailələrinin xalqın dəstək və sevgisinə ehtiyacı var. Elə bizim də onların yanında olmağımıza ehtiyacımız var. Çünki onlar bizə müqəddəs Şəhidlərimizin yadigarıdır.

Bu haqda çox danışmaq olar, amma əminəm ki, hamınız mənim içimdən keçənləri hiss edirsiniz, yaşayırsınız.

Biz bir müddət əvvəl səfərbərlik elan edib Vətən müharibəsinə qatıldıq, qalib olduq. Bu gün də xalq olaraq səfərbərlik elan edib yeni bir prosesə - YAŞAT fonduna ianələr köçürməyə, şəhid və yaralılarımızın ailələrinə dəstək olmağa başlamalıyıq. Bu, Qarabağ müharibəsinin növbəti – yaralarımızı sağaltmaq mərhələsidir.

Şəhidlərimizin, yaralılarımızın ailələrinin yanında olmaq ən azı Qarabağda apardığımız Haqq savaşı qədər müqəddəs və əzizdir.

Tarix
2020.12.08 / 21:40
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla