Payız fəslidir. Adətən bu fəsli sevənlər şox olmur. Ancaq
sentimental, duyğularının tüğyanını azad şəkildə yaşaya bilənlərin
fəslidir payız...
Maraqlıdır, görəsən insan duyğularını vizual olaraq ekrana
daşıyan filmlərdə payız fəsli necə işıqlandırılıb və daha çox bu
fəsil ağ pərdədən bizə necə təqdim olunub? Kiçik araşdırmadan sonra
bəlli oldu ki, payız fəslinin rəngarəngliyini ekrana daşıyanlar onu
sevgi ilə birləşdirib.
Beləliklə, mütəxəssislər kino tarixində ən möhtəşəm payız
filmlərinin siyahısını açıqlayıb.
- "Payızda Nyu-York" (Autumn in New York)
Nyu-Yorkun ən məşhur simalarından biri olan Uill Kin qadınların
zövqünü oxşayan yaraşıqlı bir adamdır. Bir neçə qadınla münasibəti
olub. Bir gün Şarlotta adlı bir qadınla tanış olur. Beləliklə, bu
iki insan xoşbəxt ola biləcəkmi?
2. "Cənnətdən çox uzaqda" (Far From Heaven)
Bu film 1950-ci ildə Amerikada yaşayan bir ev qadınının
hekayəsindən bəhs edir. Olduqca xoşbəxt olan bir ailədə birdən-birə
hər şey dəyişir. Xəyanət ailəni sarsıdır.
3. "Şirin noyabr" (Sweet November)
Nelson Mos bütün həyatını işə sərf edib. Bir gün Sara adlı
dəli-dolu bir qızla tanış olur. Sara Nelsondan ən azından bir ay
boyunca onunla yaşamasını istəyir. Nelson, təklifi qəbul eləyir.
Qısa zamanda eyni evə köçən iki insan bir-birinə aşiq olur. Lakin
Nelson Saranın xərçəng xəstəsi olduğunu bilmir.
4. "Bağlar ölkəsi" ( Garden State)
26 yaşlı gənc anasının ölümü səbəbindən evə dönür və bir
doktorun gözləmə otağında Sam adlı bir qızla (Natali Portman) tanış
olur və cütlük utancaq şəkildə yeni bir münasibətə başlayır.
5. "Harri Salli ilə tanış olanda" (When Harry Met
Sally)
Bir səfər əsnasında qarşılaşan Harri və Salli adlı iki gənc eyni
universitetdən məzun olduqlarını, ancaq daha öncə heç
qarşılaşmadıqlarını fərq edirlər. Bundan sonra dost olmaq qərarına
gəlirlər. Nyu-Yorka çatanda ayrılıb öz həyatlarını yaşamağa davam
edirlər. Bir də yenidən rastlaşana qədər…