Yuxarı

Leyla Əliyeva Şuşaya şeir həsr etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabər, Şuşaya onların övladı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da səfər etmişdi.

Kult.az xəbər verir ki, səfərdən sonra Leyla Əliyeva Şuşaya həsr etdiyi yeni şeiri sosial şəbəkə hesabında paylaşıb.

L.Əliyevanın şeirinin tərcüməsini təqdim edirik:

Bülbülə bənzəyən sehrli gülüm,

doğma zirvələrdə çiçək açırsan.

Cənnətsiz illəri yaşamamışam...

Doğma da yaşasın, yad, başqası da;

dünya ki böyükdür, hamı sığışar!

Necə yaşamışam illərlə necə?

Ruhum üşüyübdür iztirablarda.

Şeirdə vəzn və məna, heca var;

Çoxlu öyrənməli, çalışmalısan.

Mənimsə ruhumda şeir özü var,

Yaradan yaradır;

Bəlkə də bir qədər naşı alınır,

lakin yazılarda həqiqət vardır.

Doğma diyarları itkin olandan,

O qədər ürəyə dağ çəkilib ki,

Əzablar yurduma cıdır salıbdır,

Sənə dualarla üz tuturduq biz.

Sehrli diyarım, gördüm röyamda;

Bir tərlan dağlardan qanad açıbdır.

Xarıbülbül ruhumda çiçək açıbdır,

Allahım, illərlə həsrətdim sənə!

Böyüķdür Yaradan; xeyir qalibdir!

Əfsus, hamılıqla dönməsələr də,

insanlar yurdlara qayıdacaqlar.

Şeirim mükəmməl olmasa belə,

inanın, dahilər qınamaz məni!

Tərcümə edən: Aynur Nurlu

Tarix
2021.01.17 / 23:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla