Yuxarı

Müğənnilərin Yeni il qiymətləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əksər restoranlar artıq Yeni il proqramları hazırlayıb. Təbii ki, bu bayram şənliklərini müğənnilərsiz təsəvvür etmək mümkün deyil. Bu üzdən də müğənnilərin bayram axşamı şənliklər də hansı məbləğə iştirak etdiyini öyrənmək istədik.

5000-10.000 arası

"Toylar Kralı" yarışmasının qalibi Manaf Ağayevlə əlaqə saxladıq. Müğənni bildirdi ki, o bu il də bayramı Rusiyada keçirəcək:

"Heç vaxt vətəndə olmuram. Bu il bayramı Rusiyada ailəmlə birgə keçirəcəyəm. Amma xarici ölkələrdə dəvət alanda bütün məclisi 5000 və ya 10.000 arası qonorar olur. Baxır ansambla".

Eksklüziv

Müğənni Əbdül Xalidin menecerisə dedi ki, eksklüziv olaraq bu xəbəri ilk dəfə sizə söyləyirəm:
"Əbdül bəyi Bakıda çox yerə dəvət etsələr də, heç birini qəbul etmədi. 31 dekabr Tovuzda "Ayan Palace" restoranına dəvətlidir, bütün gecəni orada olacaq. Oranın qonorarı yüksək olduğuna görə deyə bilmərəm. Amma 500 - 1000 manat arası qonorara razılaşır".

Xatirə İslamın köməkçisi müğənninin bu il heç bir şənlikdə iştirak etməyəcəyini, ailəsi ilə birgə keçirəcəyini dedi.

Elza Seyidcahansa "Mən heç vaxt qonorarımı açıqlamağı xoşlamıram",- dedi.

Müğənni Kərim də Bakıda olmayacaq:

"O, yerindən asılıdır, məsələn, yarım saata 2000 manat qonorar alıram. Bu il isə Bakıda olmayacam, Gəncədə "Ramada Palasa"a dəvətliyəm. Qonorarım yüksək olduğuna görə demək istəmirəm".

Səməd Səmədovsa yeni ildə günaha batmaq istəmir:

"Mən Ukraynadan bu gün gəlmişəm, dostlarımın dəvəti ilə istirahət edirdim orda... Bu il heç bir proqramda olmayacam. Çünki mənə deyiblər ki, 31 dekabr çox ağır gündür, ona görə də günaha batmaq istəmirəm. Ailəmlə, nəvələrimlə birgə evimdə olacağam".

Xuraman Şuşalı da yeni ili ailəsi ilə birgə keçirəcək.

Lalə Məmmədovasa bu il bayramı doğum evində keçirəcək. Bu haqda saytımıza xəbəri müğənninin köməkçisi

Vəfa xanım verdi: "Lalə xanım ikinci dəfə ana olacaq".

Nüşabə Ələsgərli:

"Mən razılaşma yolu ilə qonorar alıram, amma bu haqda heç vaxt açıqlama vermirəm. Bu il qonorarla çox konsertə dəvətliyəm, ancaq nə məbləğə gedəcəyimi deməyəcəyəm".

Tarix
2013.12.28 / 07:57
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla