Yuxarı

“Bütün səlahiyyəti Sevinc xanıma buraxıram”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən baş redaktor kimi bir sıra səlahiyyətlərimdən çəkiləcəyəm".

Axar.az xəbər verir ki, bu sözləri "Yazı" jurnalının təsisçisi və baş redaktoru Azad Qaradərəli Feysbuk sosial şəbəkəsindəki statusunda yazıb. Bunun səbəbi isə, "Yazı"nın əlavəsi olacaq və uşaq ədəbiyyatına həsr olunmuş ayrıca dərgi buraxmaq istəyidir.

Yazar Azad Qaradərəli statusunda bunları yazıb: "Yazı"nın yaradıcı qrupunun üzvü Sevinc Elsevərlə bir qərar verdik: "Yazı"nın əlavəsi olacaq və uşaq ədəbiyyatına həsr olunmuş ayrıca bir dərgi buraxmaq! Və deyim ki, bu işdə bütün səlahiyyət Sevinc xanıma buraxılır. Mən baş redaktor kimi bir sıra səlahiyyətlərimdən çəkiləcəyəm. Həmin dərginin "Yazı"ya yaraşan səviyyədə araya-ərsəyə gəlməsi üçün Azərbaycan uşaq ədəbiyyatının modern düşüncə və qələm sahiblərini bizimlə əməkdaşlığa dəvət edirəm. Sevinc Elsevərin sizlərə müraciətini, eyni zamanda mənim müraciətim bilmənizi istəyirəm. Əlavədə uşaq romanları, uşaq hekayələri, uşaq şeirləri və uşaq səhnə əsərləri, eləcə də uşaq ədəbiyyatına aid polemik yazılar yer alacaq. İlk nömrəmizi Bilik gününə - 15 sentyabra buraxmağa çalışacağıq".

Qeyd edək ki, bu layihə ilə maraqlananlar, mətn göndərmək istəyənlər [email protected] ünvanına müraciət edə bilərlər.

Tarix
2015.06.01 / 13:23
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla