Yuxarı

Mədəniyyət naziri Topqapı Saray Muzeyində - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfər çərçivəsində iki ölkə arasında mədəni əməkdaşlığın müxtəlif istiqamətləri üzrə bir sıra görüşlər keçirilib.

Kult.az xəbər verir ki, nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri martın 3-də İstanbulda qədim tarixə malik dünyaca məşhur Topqapı Saray Muzeyini ziyarət edib. Burada Türkiyə Milli Saraylar İdarəsi başqanının müavini professor Əhməd Çapoğlu, Bərpa və konservasiya şöbəsinin müdiri Cem Eriş ilə görüş keçirilib.

Görüşdə Milli Saraylar İdarəsi ilə muzey sahəsində əlaqələrin qurulması, o cümlədən bərpa və konservasiya emalatxanaları vasitəsilə təcrübə mübadiləsinin aparılması, burada çalışan mütəxəssislərin azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşməsi məqsədilə təlim və treninqlərin təşkili barədə söhbət aparılıb.

Görüşdə həmçinin, “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci ilin ikinci yarısında Bakıda Topqapı Saray Muzeyində qorunan “Xəmsə” motivləri üzrə çəkilmiş miniatürlərdən ibarət sərginin və 2022-ci ildə isə Topqapı Saray Muzeyində Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmuş sərginin təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra Anar Kərimov Topqapı Sarayı Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş XV əsrə aid miniatürlərin xüsusi qapalı sərgisi ilə tanış olub. Buradakı qiymətli miniatür nümunələri barədə nazirə məlumat verilib.

Tarix
2021.03.04 / 16:16
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla