Yuxarı

İmir Məmmədli: “Sifarişlə yazmamışam”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmir Məmmədli: “Sifarişlə yazmamışam”

"Ssenari müəllifi aktyor seçiminə qarışmamalıdır".

Bu sözləri yazar, tərcüməçi İmir Məmmədli ssenari müəllifi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək "Köşk" filmi haqda Axar.az-a danışarkən deyib:

"Köşk" filmi komediya janrındadır. Mövzusu məhəbbət, dostluq, yurd-yuva hissidir – bir sözlə, orda çox şey var, əvvəlcədən bunların hamısını sadalamaq çətindir, inşallah, film çəkilər, baxarıq. Filmin quruluşçu rejissoru Mirsadiq Ağazadədir. Aktyorların seçimi də quruluşçu rejissorun işidir. Düşünürəm ki, ssenari müəllifi aktyor seçiminə qarışmamalıdır. Bu günə qədər ekranlaşdırılan əsərlərimdə də rejissora aktyor barədə təklif verməmişəm. Filmin ssenarisi sifarişlə yazılmayıb, ideya özümün idi. Əsəri yazıb qurtardıqdan sonra kinostudiyaya təqdim etdim. Həmin ərəfədə orada müsabiqə elan olunmuşdu. Ssenarim müsabiqənin qalibi oldu, sonra bədii şuraya çıxardılar, əsər bədii şuranın da rəğbətini qazandı. Bu barədə söz düşmüşkən deyim, bir azərbaycanlı kimi mənim üçün çox xoşdur ki, kinostudiyamızda da, bədii şurada da təqdim olunan əsərə belə obyektiv münasibət var. Yeri gəlmişkən, "Köşk"ə dəyər verən bütün insanlara təşəkkürümü bildirirəm. Film ilin sonuna qədər ekranlaşdırılacaq".

Qeyd edək ki, hazırda "Azərbaycanfilm" kinostudiyasında iki yeni bədii filmin – "Köşk" və "Postskriptum"un çəkilişlərinə hazırlıq gedir.

Tarix
2015.06.11 / 14:07
Müəllif
Nigar An
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla