Yuxarı

Xasiyyət Rüstəmin yubileyi keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan həqiqətlərinin Özbəkistanda yayılmasında fəal rol oynayan tanınmış özbək şairi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Kult.az xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş ölkənin mədəni-ictimai həyatının əsas simalarından olan Xasiyyət Rüstəmin 50 illik yubileyinin Özbəkistanla yanaşı Azərbaycan ədəbi-ictimai, yaradıcı qurumlarının təşkilatçılığı ilə qeyd edilməsini bir vəfa borcu kimi xarakterizə edib.

Q.Paşayeva Xasiyyət Rüstəm yaradıcılığının türk dünyası, Turan coğrafiyası üçün xüsusi önəm kəsb etdiyini qeyd etməklə yanaşı, onun Azərbaycana ürəkdən bağlılığına toxunaraq, 44 günlük Vətən müharibəsində verdiyi mənəvi dəstək üçün ona bir daha təşəkkür edib:

“Sizinlə Azərbaycanda, Özbəkistanda görüşlərimizdə həmişə deyirdik ki, Qarabağda, Şuşada görüşək; çox şükür, bu arzumuz artıq reallaşıb. Sizin "Adı Lalə idi o qızın" poemanız Qarabağ, Azərbaycan həqiqətlərinə nə qədər içdən bələd olduğunuzu aydın şəkildə göstərir. Məhz bu əsərinizin Şuşada təqdimatına yığışacağımız gün uzaqda deyil.

Siz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüsüz və təsadüfi deyil ki, respublikamızda bir neçə kitabınız işıq üzü görüb, daha yeni kitablarınız da çıxacaq”.

Qeyd edək ki, təşkilatçıları “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB olan virtual tədbirin baş tutmasına Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, "Yeni Müsavat" Media Qrupu, “Zirvə Tədris Mərkəzi” dəstək verib.

Tarix
2021.04.09 / 12:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla